Özü düşmənə əsir düşən, oğlu Qarabağda şəhid olan xalq artisti
Həsənağa Salayev 5 dekabr 1921-ci ildə Bakı şəhərində dünyaya gəlib.
O, 6-cı Şura məktəbində ilk təhsilini alıb, 1937-ci ildə burdakı 9 illik təhsilini başa vurub.
1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. 1941-ci ildə təhsilini başa vurduğu günlərdə müharibəyə gedib.
Sovet-fin müharibəsində 20 gün əsir qalan Həsənağa Salayevə 8 ay işgəncə verib, suyun içində saxlayıblar ki, “xalq düşməni” olduğunu boynuna alsın. Lakin o, heç nəyi boynuna götürməyib və sonra sərbəst buraxılıb.
1946-ci ildə müharibə bitdikdən sonra teatra qayıdıb.
Qısa müddətdə Həsənağa Salayev teatrın repertuarında yer tutan yeni tamaşalarda maraqlı rollar oynayıb. Müxtəlif illərdə Səməd Vurğunun “Xanlar”, Zeynal Xəlilin “Qatır Məmməd”, Vilyam Şekspirin “Otello”, Şekspirin”Antoni və Kleopatra”, Mehdi Hüseynin “Cavanşir”, Lope de Veqanın “Sevilya ulduzu”, Süleyman Rüstəmin “Qaçaq Nəbi”, Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, Bernard Şounun “Şeytanın şagirdi”, Bəxtiyar Vahabzadənin “İkinci səs”, Nazim Hikmətin “Şöhrət və ya unudulan adam” (Doktor), Fridrix Şillerin “Orlean qızı”, Hüseyn Cavidin “Səyavuş” əsərlərinin tamaşalarında xarakterik səhnə surətləri yaradıb.
O, “Görüş”, “O olmasın, bu olsun”, “İstintaq davam edir” və bir çox başqa filmlərdə yaddaqalan rollar ifa edib.
Həsənağa Salayev bacısı və onun həyat yoldaşı ilə münaqişədən sonra ata evini tərk edib. Dostu, Xalq artisti Adil İsgəndərov ona yaşamaq üçün teatrın binasında bir otaq ayırıb.
Həsənağa Salayev ailə qurduqdan sonra Adil İskəndərovdan əlavə bir otaq da istəyib və Adil müəllim evsiz aktyora əlavə 1 otaq da ayırıb. Həsənağa Salayev uzun illər ailəsi ilə teatrın binasında yaşayıb.
Həyat yoldaşı Sərvət xanımla 1959-cu ildə tanış olub və onlar arasında sevgi yaranıb. Cütlük 2 il sonra evlənib. O, həyat yoldaşını heç vaxt adıyla çağırmaz, həmişə ona “Xanım” deyə müraciət edərmiş.
Evlənəndə Həsənağanın 40 yaşı var imiş, xanımından 17 yaş böyük imiş. Cütlüyün iki oğlu olub – Dəryanur və Rəşadnuri. Övladları dünyaya gələndə Həsənağa Salayev sevindiyindən doğum evinin pəncərəsinə güllər atıb… Cütlük 20 il bir yerdə yaşayıb.
Aktyorun oğlu Dəryanura nişanlısı xəyanət edib. Sarsılan gənc cəbhəyə – Qarabağ döyüşlərinə gedib və şəhid olub. Digər oğlu Rəşadnuri isə narkotikin qurbanı olub. Beləliklə, onun ailəsindən heç kim qalmayıb.
Həsənağa Salayev 2 oktyabr 1981-ci ildə dünyasını dəyişib./kulis
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 2026 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 2026 16:14
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 2026 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 2026 18:02
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
