Putin DALA VERİR – Trampın xəbərdarlığı Moskvanı silkələdi

Musavat.com xəbər verir ki, Alyaskada keçirilən görüşdən sonra Kreml rəhbərliyi özünü qalib tərəf kimi aparmağa çalışırdı.
Vladimir Putinin ayaqları altına qırmızı xalça sərilməsi, ABŞ prezidenti Donald Trampın onu alqışlaması və şəxsi maşınına dəvət etməsi Moskvanın özündə eyforiya yaratmışdı. Amma Avropa liderlərinin Ağ Ev görüşündən sonra baş verənlər vəziyyətin tamamilə dəyişdiyini göstərdi.
Donald Trampın “Truth Social” platformasında yazdığı "sehrli" mesaj, əslində, ABŞ rəhbərliyinin siyasətində dönüşün açıq göstəricisi idi. ABŞ prezidenti açıq şəkildə bildirib: “Müharibəni yalnız müdafiə ilə udmaq olmaz, hücum edən tərəf qalib gəlməlidir. Heç bir komanda hücum etmədən qələbə qazana bilməz.” Bu sözlər, həmçinin Ukraynaya hücum xarakterli silahların verilməsinin gündəmə gətirilməsi deməkdir. Tramp əlavə edib ki, Bayden yalnız müdafiə ilə kifayətlənirdi, amma artıq maraqlı günlər qarşıdadır.
Məsələni daha da önəmli edən isə Trampın açıq xəbərdarlığıdır: o, Ukraynaya verilən raketlərin Rusiyanın dərinliklərini vura biləcəyinə birbaşa işarə edib. Bu xəbərdarlıq Kreml üçün ən ciddi siqnal hesab olunur. Çünki ABŞ rəhbərliyi artıq açıq şəkildə bildirir ki, Kiyevə yalnız müdafiə yox, hücum imkanları da veriləcək. Bu, Moskvada vəziyyəti silkələyən əsas amillərdən biridir.
Bununla paralel, Ukraynanın həm öz silah istehsalını təkmilləşdirməsi, həm də ABŞ-dan yeni texnika alması cəbhədə üstünlüyü dəyişməkdədir. Ukrayna raket və dronlarının dəqiq zərbələri Rusiyanın neft emalı zavodlarını sıradan çıxarıb, üç vilayətdə yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb, təyyarə reysləri təxirə salınıb. Bu hadisələr Kreml daxilində narazılıqları daha da artırır.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens də televiziya açıqlamasında Rusiyanın bütün illüziyalarını darmadağın edib. O bildirib ki, Moskva artıq başa düşüb: Ukrayna müharibədən sonra ərazi bütövlüyünü qoruyacaq, Kiyevdə marionet rejim qurmaq planları alt-üst olub və sərhədlərin harada olacağına yalnız ukraynalılar qərar verəcəklər. Vensin sözlərinə görə, Rusiya atəşkəs istəmir, amma müharibənin aqibətinə də nəzarət edə bilmir.
Bütün bu proseslərdən sonra Kreml “geri vermək” məcburiyyətində qalıb. Xarici işlər naziri Sergey Lavrov NBC-yə verdiyi müsahibədə Ukraynanın mövcudluq hüququnu tanıdıqlarını, sadəcə “rus mədəniyyətinə mənsub olduqlarını deyənlərin hüquqlarının qorunması” şərtini irəli sürdüklərini açıqlayıb. O, həmçinin rus dili ilə bağlı sərt mövqeyindən də geri çəkilərək yalnız “dəhşətli qanunların ləğvini” tələb etdiklərini bildirib.
Xatırladaq ki, Alyaska görüşündən dərhal sonra “Russia Today” rəhbəri Marqarita Simonyan “geri çəkilmək” fikrini rədd etmiş, belə bir addımın məğlubiyyət demək olacağını vurğulamışdı. İndi isə reallıq göstərir ki, ruslar ard-arda geri verirlər.
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
9 oktyabr 2025 01:19
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
8 oktyabr 2025 02:31
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
7 oktyabr 2025 17:08
- İlham Əliyev Vladimir Putini təbrik etdi
7 oktyabr 2025 14:00
- Prezident Qəbələdə qəbullar keçirdi (FOTO)
6 oktyabr 2025 13:02
- Allahşükür Paşazadə ABŞ-də - FOTO
4 oktyabr 2025 18:13
- Suriyanın keçmiş Prezidenti Bəşər Əsədi zəhərlədilər
2 oktyabr 2025 11:49
- Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür
27 sentyabr 2025 02:32
- Putin Paşinyanla görüşdü
26 sentyabr 2025 10:57
- ABŞ-də Ərdoğan-Tramp görüşü başladı
25 sentyabr 2025 22:27
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
08 oktyabr 21:37
- Prezident qəbul keçirdi - Fotolar
08 oktyabr 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
08 oktyabr 12:43
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
08 oktyabr 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
08 oktyabr 10:17
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
08 oktyabr 10:07
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
08 oktyabr 02:31
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
08 oktyabr 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
08 oktyabr 02:08
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
08 oktyabr 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
08 oktyabr 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
07 oktyabr 17:08
- Füzuli məscidinin təməli qoyuldu
07 oktyabr 15:53
- Fizika üzrə Nobel mükafatı laureatları məlum oldu
07 oktyabr 14:08
- İlham Əliyev Vladimir Putini təbrik etdi
07 oktyabr 14:00
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
07 oktyabr 12:45
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
07 oktyabr 12:33
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
07 oktyabr 11:25
- Berdiməhəmmədov Qəbələdədir
07 oktyabr 10:17
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
07 oktyabr 10:06
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
07 oktyabr 00:59
- TƏBİB-in xanım işçisi bıçaqlandı
06 oktyabr 23:12
- Bakcell-in meqa lotereyasının qalibi bəlli oldu!
06 oktyabr 22:55
- Hakan Fidan Azərbaycana gəldi
06 oktyabr 21:57
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
06 oktyabr 15:34