Heydər Əliyevin qаrdаşı bаrədə....
Maraqlı22 mart 2025 19:03

Əziz oxucular! Ötən gün Ümummilli lider Heydər Əliyevə aid tarixi bir foto paylaşmışdım. Görkəmli dövlət xadiminin atası, anası, bacı və qardaşları olan ailə fotosunda sağda Heydər Əliyevin qardaşı, Xalq rəssamı Hüseyn Əliyevin də olduğunu qeyd etmişdim. Yəqin ki, xatırlayırsınız... Həmin paylaşımdan sonra izləyicilərdən onlarla müxtəlif məzmunlu şərh və mesaj aldım. Gələn mesajların və şərhlərin böyük əksəriyyəti bu qəbildən idi: "Heydər Əliyevin Hüseyn adlı qardaşı olmayıb", "Hüseyn Əliyev ola bilməz, yəqin ki, Həsən Əliyev olar", "Hüseyn Əliyev Heydər Əliyevin qardaşıdır?" Paylaşıma gələn onlarla bu cür reaksiyadan sonra, qərar verdim ki, Hüseyn Əliyev haqqında kiçik bir paylaşım edim, izləyicilərimizi (oxucularımızı) adını qeyd etdiyimiz şəxs haqqında məlumatlandırım.
Xalq rəssamı, görkəmli sənətkar Hüseyn Əlirza oğlu Əliyev Heydər Əliyevin ögey qardaşıdır. Yəni atası Əlirza kişinin Narıngül xanımdan olan oğludur. Yeri gəlmişkən qeyd edim ki, Əlirza kişi İzzət xanımdan öncə (Heydər Əliyevin anası) Narıngül xanımla ailə həyatı qurmuşdur. Bu nikahdan onun iki oğlu - Həsən Əliyev və Hüseyn Əliyev dünyaya gəlmişdir. Haqqında məlumat verdiyimiz şəxsiyyət isə Əliyevlər ailəsinin ikinci oğlu olan Xalq rəssamı Hüseyn Əliyevdir. O, 1911-ci il aprel ayının 22-də Zəngəzur qəzasının Comərdli kəndində anadan olmuşdur. Bakı Rəssamlıq Texnikumunu və Leninqrad Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən üçillik xüsusi kursu bitirmiş və gənc yaşlarından yaradıcılığa qədəm qoymuşdur. Hüseyn Əliyev ilk rəsm əsərini çəkəndə cəmi 12 yaşı vardı. Bu sənətin sirlərini daha da dərindən mənimsəmək üçün o, Bakıda rəssamlıq texnikumuna daxil oldu. Burada oxuduğu illərdə (1927-1932) cəmiyyətdəki mövcud xurafata, cəfəngiyata meydan oxuyan, xalq arasında kök salmış eybəcərlikləri qamçılayan “Molla Nəsrəddin” jurnalında müxtəlif karikaturaları və rəsm əsərləri çap edildi. Azərbaycan mətbuatının inkişafında mühüm mərhələ sayılan, satirik jurnalistikanın əsasını qoyan “Molla Nəsrəddin” məktəbi Hüseyn Əliyevin rəssam kimi formalaşmasında böyük rol oynadı. Təsadüfi deyildir ki, onun jurnalda dərc olunan karikaturaları oxucuları düşünməyə, nəticə çıxarmağa vadar edirdi.
...Hüseyn Əliyev 1935-ci il oktyabrın 4-dən "Kommunist" (sonralar "Xalq qəzeti") qəzetində əmək fəaliyyətinə başlamışdı. İkinci Dünya müharibəsi başlayanda könüllü cəbhəyə yollanmış və şərəfli döyüş yolu keçmişdir. O, müharibə illərində Daxili İşlər Nazirliyinin tabeliyindəki 48 saylı bədii təşviqat polkunda rəssam işləmiş, musiqiçilər bölməsinin üzvləri ilə birlikdə dəfələrlə ön cəbhədə olmuşdur. Hüseyn Əliyev bu müddət ərzində neçə-neçə qəhrəman döyüşçünün portretini yaratmış, müharibə mövzusunda plakatlar hazırlamış və qəsbkarlıq məqsədi güdən hitlerçilərin karikaturasını çəkmişdir. Böyük Vətən müharibəsində iştirak edən rəssam “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində fədakar əməyə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” medalları və “Xalqlar dostluğu” ordeni ilə təltif olunmuşdur. Hüseyn müəllim 1944-cü ilin avqust ayında qəzetin redaktoru Əli Vəliyevin (Xalq yazıçısı Əli Vəliyev - M.R) SSRİ Müdafiə Nazirliyinə göndərdiyi tələbnamə əsasında yenidən redaksiyaya qayıtmış və təqaüdə çıxana kimi burada əmək fəaliyyətini davam etdirmişdir.
Səmərəli fəaliyyətinə görə Hüseyn Əliyev 1976-cı ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı, 1982-ci ildə isə Azərbaycan SSR Xalq rəssamı fəxri adına layiq görülmüşdür. Bununla yanaşı, o, üç dəfə Azərbaycan Ali Sovetinin, bir dəfə Ukrayna Ali Sovetinin fəxri fərmanını almışdır.
Nəzərinizə çatdırım ki, Hüseyn Əliyev Azərbaycanda təsviri sənətin görkəmli nümayəndələrindən biri olaraq, həm də jurnalist kimi fəaliyyət göstərmişdir. Yeri gəlmişkən qeyd edək ki, 1922-ci ildən başlayaraq görkəmli sənət ustası Əzim Əzimzadə "Kommunist"in baş rəssamı olmuşdur. 1935-ci il oktyabrın 4-dən isə onu gənc və istedadlı rəssam Hüseyn Əliyev əvəz etmişdir. Hüseyn Əliyev yarım əsrdən çox "Xalq qəzeti"nin bədii tərtibat şöbəsinin müdiri işləmişdir. Bu müddət ərzində o, rəsm əsərləri ilə yanaşı, müxtəlif mövzuda məqalələr də qələmə almışdır.
Sadə ömür yaşayan, tərifdən, diqqətdən uzaqda fəaliyyət göstərməyi sevən Hüseyn Əliyevin sənət əsərləri - təbiət mənzərələri, portretlər, karikaturalar, müxtəlif mövzulara həsr etdiyi süjetlər bu gün də xalq tərəfindən sevilir və seçilir. Xalq rəssamı Tahir Salahov öz xatirələrində yazır: “Qəlbimdə Xalq Rəssamı Hüseyn Əliyevin işıqlı, cazibəli xatirəsi yaşayır. O, Azərbaycan rəssamlıq ənənəsini Bəhruz Kəngərli və Əzim Əzimzadədən alıb davam etdirmişdir. Biz nəsil rəssamlar incəsənətə xeyli sonralar gəlmişik. Həmişə bu qocaman ağsaqqalımıza minnətdarlıqla yanaşır, onun yaradıcılığını və mədəniyyətə gətirdiyi yeni nəfəsi yüksək qiymətləndiririk. O, rənglərlə işləməyin ustası idi. Xüsusilə də məzmunun mənasını açmağa kömək edən atribut və rəmzləri öz əsərlərində məharətlə tətbiq edirdi. Onun rənglərində musiqinin ritmi və ahəngi duyulurdu. Bu canlılıq hər rəssama xas olmur”.
Görkəmli Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev ömrünün sonuna kimi yaradıcılıqla məşğul olmuşdur. O, 1991-ci ildə mayın 25-də, 80 yaşında Bakı şəhərində vəfat etmişdir.
Məcid Rəşаdətoğlu
Oxşar xəbərlər
- Niyazinin övladlığını rədd edən, beş uşağını itirən müğənnimiz kimdir?
3 iyun 2025 01:53
- İlham Əliyev dünya çempionatının qaliblərini qəbul etdi YENİLƏNİB
2 iyun 2025 17:51
- Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı
2 iyun 2025 14:21
- Tarix elmləri namizədi olan Prezident –İLHAM ƏLİYEV HANSI MÖVZUDA ELMİ İŞ MÜDAFİƏ EDİB?
1 iyun 2025 16:02
- 37 il əvvəl Heydər Əliyev Vəzirova Qarabağla bağlı nə deyib? –İstefada olan Əliyev Kremlə nə üçün gəlib?
1 iyun 2025 14:14
- Bu gün məhkum valideynlər həbsxanada uşaqları ilə görüşüb
1 iyun 2025 10:38
- Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
1 iyun 2025 00:55
- Rəsul Rzanın ev-muzeyinin açılışı oldu
31 may 2025 16:51
- SSRİ-dən qalma bütün məmurlar və onların uşaqları dərhal hakimiyyət orqanlarından kənarlaşdırılmalıdır
31 may 2025 15:26
- Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı (FOTO)
31 may 2025 09:21
Xəbər lenti
- Niyazinin övladlığını rədd edən, beş uşağını itirən müğənnimiz kimdir?
03 iyun 01:53
- Alimlər insanların nə zaman 1000 il yaşaya biləcəyini açıqladı
03 iyun 01:29
- Ağır qəza: İki məktəblini maşın vurdu
03 iyun 01:17
- Qaçqınkom -çörəkpulu-nun ləğvi iddiasına münasibət bildirdi
03 iyun 00:19
- Mayis Bərxudarova ağır itki
03 iyun 00:07
- Məmmədyarov: Minsk qrupunun ləğvi çətin məsələdir, çünki...
02 iyun 23:54
- İsveçrə Türkiyədən oğurlanan bu əsərləri geri verdi
02 iyun 23:07
- Rusiyanın Ukrayna ilə sülh üçün şərtləri açıqlandı - SEÇKİ və ..
02 iyun 22:50
- Hamamda bu milçəyi görənlər diqqətli olsun – Təhlükə yaxınlaşır
02 iyun 22:40
- NAR uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu
02 iyun 21:22
- Bu ölkələrdə bir dənə də olsun məscid yoxdur - SİYAHI
02 iyun 20:50
- Qurban Allaha yaxınlaşmaqdır…
02 iyun 20:01
- Fəzail Ağamalı deputat ikən bizneslə məşğul olduğunu etiraf edib – Video
02 iyun 18:12
- İlham Əliyev dünya çempionatının qaliblərini qəbul etdi YENİLƏNİB
02 iyun 17:51
- Rusiya-Ukrayna danışıqları BAŞA ÇATDI
02 iyun 17:27
- Məhkəmə Tural Sadıqlı, Orduxan Teymurxan və Elşad Abdullayev barəsində QƏRAR VERDİ
02 iyun 16:41
- Azercell-ə 1 manat yükləsəniz, nömrə cəmi 1 gün aktiv qalacaq – Qonşu ölkələrdə 60-185 gündür
02 iyun 15:36
- ÖZSÜT-ün 3 milyon VERGİ borcu yaranıb
02 iyun 14:35
- Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı
02 iyun 13:22
- Eldar Mahmudova pasport vermədilər, statusu bilindi – TƏFƏRRÜATLAR BU YAZIDA
02 iyun 12:56
- Qaraciyər piylənməsinin qarşısını alan 3 TƏSİRLİ ÜSUL - MÖCÜZƏDİR
02 iyun 12:20
- Bu həftə 4 gün iş OLMAYACAQ – TARİXLƏR
02 iyun 11:56
- 32 yaşlı müəllim vəfat etdi
02 iyun 11:31
- Azərbaycan vətəndaşları Gürcüstandan qovuldu
02 iyun 10:46
- İlham Əliyev Bakı Ekspo Mərkəzində açılışda iştirak edir
02 iyun 10:37
- Paşinyan 50 illik yubileyini GÖYÇƏ gölünün sahilində qeyd etdi...-FOTOLAR
02 iyun 09:52
- Sibiri türklərin tarixi vətəni adlandıran Rusiyalı deputata qarşı cinayət işi ŞOK
02 iyun 09:33
- Qaraçıların qeyri-adi həyat tərzi: Evdar kişilərdən etiraflar -VİDEO
02 iyun 09:08
- Polşadakı Prezident seçkilərində qalib oldu
02 iyun 08:53
- Salyanda 10 uşaqlı ailə: Ən böyüyünün 14, balacasının 1 yaşı var VIDEO
02 iyun 08:40
Video & Fotoqalereya
Video
Fotoqalereya