SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib

II dünya müharibəsi başa çatdıqdan sonra planet kosmik tədqiqatlar, atom bombası, həmçinin radar və elektronika dövrünə qədəm qoyub. Dünya xəritəsində iki əsas oyunçu meydana çıxıb: SSRİ və ABŞ. Oyunçulardan biri hər hansısa sahədə irəliləyiş edibsə, digəri dərhal rəqibi necə üstələyəcəyini düşünməyə başlayıb.
Kosmos isə artıq nüfuz, təbliğat və bu sahədən hərbi məqsədlər üçün istifadə perspektivləri məsələsi olub. Sonda kosmosda liderlik siyasi xəritədə birincilik məsələsini də həll edə bilib. Odur ki, Sovet İttifaqı tərəfindən Yerin yeganə təbii peykinin öyrənilməsi, 1958-ci il yanvarın sonunda Rusiya kosmonavtikasının iki əsas siması Sergey Korolyov və Mstislav Keldışın Sov.İKP Mərkəzi Komitəsinə məktub göndərməsindən sonra başlayıb. Təkliflər SSRİ-nin rəhbəri Nikita Xruşov tərəfindən dəstəklənib və alimlər artıq sözdən əmələ keçiblər.
Ayın görünməyən tərəfi
Nüvə yarışının başlamasından təxminən 10 il sonra, “soyuq müharibə”nin başqa bir yorucu və bahalı hissəsi olan kosmik yarış başlayıb. Niyə hər şey Ayla başlayıb? O, tədqiq ediləcək ən yaxın kosmik obyektdir, Yerin təbii peyki təqribən 385 min kilometr məsafədədir, bu, astronomik standartlara görə ovucun içində sayılır.
Korolyov və Keldış Ayın tədqiqinə səma cisminin görünən səthinə enməyi, sonra onun ətrafında uçaraq və digər tərəfinin fotoşəkilini çəkərək başlamağı təklif ediblər. Baş katibi isə öz növbəsində məsələnin texniki tərəfi yox, kosmosun tədqiqinin siyasi tərəfi daha çox maraqlandırıb. Ayı araşdırmaq silahlanma yarışında xaricdəki ideoloji düşmənləri qabaqlamaq üçün ideal fürsət olub.
Ayla bağlı hazırlanan proqramın üç komponentə bölünməsi qərara alınıb. “E-1” kodlu ilk layihənin məqsədi sadəcə peykin səthinə enmək olub. “E-2” layihəsi Ayın uzaq tərəfini tutmağı, “E-3” layihəsi isə Aya nüvə yükünün çatdırılmasını və onun səthində partladılmasını nəzərdə tutub.
Məşhur sovet nüvə fiziki, akademik Yakov Zeldoviç də Ayda nüvə partlayışı təklifini irəli sürüb. O, sadəcə olaraq, Xruşovun siyasi kursunu izləməyə çalışıb. SSRİ-nin Ayın səthinə çıxa bildiyini dünyaya göstərmək daha vacib hesab olunub.
Alimlər hesab edib ki, Ayın səthində atom bombasının partlaması bütün dünyanın diqqət mərkəzində olacaq və planetin harada yerləşməsindən asılı olmayaraq istənilən rəsədxana asanlıqla işartını görəcək. Təbii ki, bu layihənin həm tərəfdarları, həm də əleyhdarları olub. İki düşərgəyə bölünməsinə baxmayaraq, “E-3” layihəsi təsdiqlənib, buna görə ətraflı işlərə başlanılıb və “OKB-1” hətta sonradan partlayıcı maddələrlə doldurulması planlaşdırılan stansiyanın modelini hazırlayıb.
“E-3” layihəsi üzərində iş müxtəlif mütəxəssislərlə sıx əməkdaşlıq şəraitində aparılıb. Məsələn, stansiyanın dizaynı nüvə fiziklərinin təklif etdiyi parametrlər nəzərə alınmaqla hazırlanıb. Alimlər də öz növbəsində gücü az olan nüvə başlıqlarının tərəfdarı olub.
Təhlükədə olan Ay
İstehsal və hesablamalara paralel olaraq, sovet fizikləri belə bir buraxılışın təhlükəsizliyini müzakirə ediblər. Təcrübənin uğur qazanması üçün atom bombası daşıyan kosmik gəminin buraxılışında ən kiçik qüsuru belə aradan qaldırmaq lazım olub. Lakin ekspertlərin heç biri nüvə yükünün həqiqətən Aya çatdırılacağını 100% əminliklə söyləməyə hazır olmayıb.
Çünki reaktiv daşıyıcının qəzaya uğraması nəticəsində nüvə bombasının ölkə ərazisinə düşmə ehtimalı yüksək olub. Qəzanın 3-cü səviyyədə səciyyələndirilməsi isə bombanın başqa bir ölkəyə düşməsi anlamına gəlib. Burada da Sovet İttifaqı qazanan yox, nəticələrinə görə dünya ictimaiyyətindən üzr istəməli olan ölkə kimi tarixə düşə bilərdi.
Digər tərəfdən, nüvə partlayışının parıltısı, şübhəsiz ki, planetdəki bir çox insan tərəfindən görülsə də, amerikalıların SSRİ-nin xidmətlərini dərhal özlərinə aid edəcəyi ilə bağlı düşüncələr layihənin gələcəyini sual atına qoyub. Havasız fəzada parlamanın müddətini və parlaqlığını hesablayaraq, onun Yerdən foto çəkilişinin etibarlılığı da şübhə altına alınıb.
1960-cı ilin aprelində Aya göndərilməsi nəzərdə tutulan kosmik gəminin iki buraxılışı da müsbət nəticələnməyib. Buna görə də “E-3” layihəsinin həyata keçirilməsindən imtina etmək qərara alınıb. Tezliklə Ayda nüvə partlayışı ideyasını irəli sürən alimlərin özləri də sakitcə geri çəkiliblər.
Yeri gəlmişkən, artıq 2000-ci ilin mayında məlum olub ki, amerikalılar da 1958-1959-cu illərdə “A119” (Aya tədqiqat uçuşlarının inkişafı) kod adı altında oxşar layihə hazırlayıblar. “A119” layihəsi Ayın qaranlıq tərəfindəki Terminator xətti yaxınlığında 1,7 kilotonluq “W25” döyüş başlığını partlatmaq üçün nəzərdə tutulub. Perspektivi olmayan layihə ABŞ hərbi hava qüvvələri tərəfindən ləğv edilib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
- Prezident qəbul keçirdi - Fotolar
8 oktyabr 2025 13:15
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
8 oktyabr 2025 10:29
- İlham Əliyev Vladimir Putini təbrik etdi
7 oktyabr 2025 14:00
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
7 oktyabr 2025 12:45
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
7 oktyabr 2025 10:06
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
7 oktyabr 2025 00:59
- Prezident Qəbələdə qəbullar keçirdi (FOTO)
6 oktyabr 2025 13:02
- Mikayıl İsmayılovun obyektlərində YOXLAMALAR BAŞLADI...
7 oktyabr 2025 15:34
- AYNA-nın sədri 1 MİLYONA VİLLA ALDI
6 oktyabr 2025 09:46
- Türklərlə sərhəd olmaq istəmirik, çünki... - Orban
6 oktyabr 2025 01:12
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
08 oktyabr 21:37
- Prezident qəbul keçirdi - Fotolar
08 oktyabr 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
08 oktyabr 12:43
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
08 oktyabr 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
08 oktyabr 10:17
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
08 oktyabr 10:07
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
08 oktyabr 02:31
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
08 oktyabr 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
08 oktyabr 02:08
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
08 oktyabr 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
08 oktyabr 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
07 oktyabr 17:08
- Füzuli məscidinin təməli qoyuldu
07 oktyabr 15:53
- Fizika üzrə Nobel mükafatı laureatları məlum oldu
07 oktyabr 14:08
- İlham Əliyev Vladimir Putini təbrik etdi
07 oktyabr 14:00
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
07 oktyabr 12:45
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
07 oktyabr 12:33
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
07 oktyabr 11:25
- Berdiməhəmmədov Qəbələdədir
07 oktyabr 10:17
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
07 oktyabr 10:06
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
07 oktyabr 00:59
- TƏBİB-in xanım işçisi bıçaqlandı
06 oktyabr 23:12
- Bakcell-in meqa lotereyasının qalibi bəlli oldu!
06 oktyabr 22:55
- Hakan Fidan Azərbaycana gəldi
06 oktyabr 21:57
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
06 oktyabr 15:34