Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Avqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 105 ili tamam olur.
Musavat.com xatırladır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayıb. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 2000-ci il avqustun 18-ni sərhədçilərin peşə bayramı kimi rəsmiləşdirib. Elə bu səbəbdən də üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər Ulu Öndərin adı ilə bağlıdır.
2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu, həm də Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin göstəricisi idi.
Son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavaları yaradılıb. Azərbaycan sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunub.
Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı nəticəsində dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi sürətləndirilib, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili başa çatdırılıb, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülüb. Son illər yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminatı sahəsində də mühüm addımlar atılıb.
2007-ci il iyunun 12-də Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzalaması Vətənimizin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynayıb. 2008-ci il sentyabrın 14-də Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantları Vətənə, dövlətə sədaqət andı içərək təlim və tədrisə başlayıblar.
Heydər Əliyevin Sərhəd Qoşunlarının formalaşdırılması istiqamətində verdiyi qərarlar sübut etdi ki, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadirdir. Ulu Öndərin 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərmanı Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət daşıdığını bir daha nümayiş etdirib.
Bu gün DSX-nin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələri və zastavalarında müasir şəraitin yaradılması, sözsüz ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısının təzahürüdür. Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqətdə saxlayır.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılmasına əlverişli zəmin yaradıb, dövlət sərhədlərinin toxunulmazlığının təminatı istiqamətində davamlı dinamik inkişafa nail olunub. Dövlət sərhədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi, yeni hərbi hissələrin yaradılması, ən müasir texnika və avadanlığın sərhəd xidmətində tətbiqi, şəxsi heyətin döyüş vərdişlərinin və peşəkarlığının daha da yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər uğurla həyata keçirilir.
Müasir tələblərə cavab verən sərhəd zastavalarında, hərbi hissələrdə şəxsi heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət və xüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana, idman şəhərciyi, zabit və gizir ailələri üçün tikilən, mebel və avadanlıqla təmin edilmiş mənzillər və digər tikililər sərhədçilərin istifadəsinə verilib.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra milli suverenliyin möhkəmləndirilməsi, dövlətin əsas rəmzlərindən biri olan dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili, qonşu ölkələrlə dövlət sərhədlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin prioritet sahələrindən biri olub. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurla davam etdirdiyi milli sərhəd strategiyası sərhəd siyasətinin konseptual əsaslarını təsbit edib, dövlət sərhədinin mühafizəsi üzrə qarşıda duran vəzifələri müəyyənləşdirib.
Buna misal olaraq 2018-ci il fevralın 22-də Qusar rayonunun Zuxul kəndi ərazisində Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılmasını göstərmək olar. Bu, Azərbaycan Sərhəd Mühafizəsi tarixinin əlamətdar hadisələrindən biri kimi tarixə düşüb. Milli dövlətçilik tarixində ilk dəfə olaraq dövlət sərhədinin rəsmən müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən dövlət siyasətinin real nəticəsi, Rusiya Federasiyası ilə ikitərəfli münasibətlərin dostluq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin daha bir göstəricisi, milli diplomatiyamızın növbəti uğuru olub.
Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, hərbi texnikanın və xüsusi texniki avadanlığın yeniləşdirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin son illər ərzində ciddi inkişaf yolu keçərək mükəmməl hərbi qurum səviyyəsinə yüksəlməsinin arxasında dövlət qayğısı, Azərbaycan sərhədçisinə olan inam və etibar dayanır.
Bu gün Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi xeyli təkmilləşdirilib, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilib. Dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təşkili beynəlxalq standartlar səviyyəsinə qaldırılıb, sərhəd nəzarəti məntəqələrində sənədlərin yoxlanılması üzrə müasir tipli laboratoriyalar yaradılıb. Şəxsi heyət dövlət sərhədindən keçən şəxslər və nəqliyyat vasitələri üzərində etibarlı sərhəd nəzarətinin həyata keçirilməsi üçün müasir texniki avadanlıq ilə təchiz edilib, bütün sərhəd keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması nəticəsində miqrasiya proseslərinin ciddi nəzarətə götürülməsi təmin olunub.
- Ona Zəngilanda vəzifə verildi
3 oktyabr 2024 22:10
- Prezident və birinci xanım Cəbrayıla səfər edib
3 oktyabr 2024 16:00
- Prezident İlham Əliyev Cəbrayıla GETDİ
3 oktyabr 2024 13:46
- Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür
3 oktyabr 2024 10:20
- Prezident sahibkarlarla bağlı Fərman imzaladı
2 oktyabr 2024 21:02
- AQTA-nın Gəncə-Daşkəsən RB-nin rəisi Vüqar Zeynalov sahibkarlara necə qənim kəsilib ?
3 oktyabr 2024 15:38
- Nazirlik tender keçirmədən 9 ədəd xalça alır - Biri 22 min manatdan
2 oktyabr 2024 16:01
- Azərbaycan çempionu Yaylagül Ramazanova ana olub
2 oktyabr 2024 15:45
- Prezidentdən Natiq Qasımovla bağlı SON DƏQİQƏ AÇIQLAMASI
2 oktyabr 2024 13:37
- AMEA prezidentinə müşavirlər TƏYİN OLUNDU FOTO
2 oktyabr 2024 13:25
- Hindistanda mağarada 188 yaşlı kişi tapıldı
03 oktyabr 22:20
- Ona Zəngilanda vəzifə verildi
03 oktyabr 22:02
- Prezident və birinci xanım Cəbrayıla səfər edib
03 oktyabr 16:00
- Prezident İlham Əliyev Cəbrayıla GETDİ
03 oktyabr 13:46
- Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib
03 oktyabr 13:36
- Ali Məhkəməyə yeni hakimlər təyin edilir - ADLAR
03 oktyabr 13:28
- Şahdağa qar yağdı
03 oktyabr 11:03
- Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür
03 oktyabr 10:20
- Hindistanda 11 yaşlı şagirdi QURBAN KƏSDİLƏR
02 oktyabr 23:21
- Prezident sahibkarlarla bağlı Fərman imzaladı
02 oktyabr 21:02
- Tüpürüm döşünün medallarına, Şalvarı baftalı GENERALLARIN
02 oktyabr 20:17
- Milli Məclis: Heyvanlarla rəhmsiz rəftar edənləri cəza...- BƏS MİLLƏTLƏ..?
02 oktyabr 20:00
- AQTA-nın Gəncə-Daşkəsən RB-nin rəisi Vüqar Zeynalov sahibkarlara necə qənim kəsilib ?
02 oktyabr 19:05
- Nazirlik tender keçirmədən 9 ədəd xalça alır - Biri 22 min manatdan
02 oktyabr 16:01
- Azərbaycan çempionu Yaylagül Ramazanova ana olub
02 oktyabr 15:35
- Sabiq icra başçısı Novosibirskdə yaşayır - Biznesi var, universitetdə dərs deyir
02 oktyabr 14:05
- Prezidentdən Natiq Qasımovla bağlı SON DƏQİQƏ AÇIQLAMASI
02 oktyabr 13:37
- AMEA prezidentinə müşavirlər TƏYİN OLUNDU FOTO
02 oktyabr 13:25
- Yeni sədr onların da qohumlarını işdən çıxardı
02 oktyabr 12:08
- Rusiyada falçılar qiymətləri ikiqat artırıb: IT şirkətləri...
02 oktyabr 11:47
- MM-də Komitə üzvlərinin TAM SİYAHISI
01 oktyabr 21:19
- Prezident Rusiyaya yeni səfir təyin etdi
01 oktyabr 21:05
- Müəllimlər Günü ilə bağlı məktəblərə tapşırıq verildi - PUL YIĞILMAYACAQ
01 oktyabr 20:57
- DİQQƏT! SABAH 70 MİN abonent QAZSIZ qalacaq
01 oktyabr 14:35
- Topçu Vüsal tələbə adını qazandı - FOTO
01 oktyabr 14:20
- Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək (SİYAHI)
01 oktyabr 10:42
- Nazir rektorun oğluna yeni vəzifə verdi (FOTO)
01 oktyabr 10:22
- Mən o vaxt televizorda sizi qucaqlamışdım - VİDEO
30 sentyabr 23:47
- Dünyanın ən yaşlı timsahının neçə yaşı var? - 10 mindən çox nəslin ATASI - VİDEO
30 sentyabr 22:59
- Vəkil Adəm Məmmədovla bağlı ŞİKAYƏTLƏR DAVAM EDİR
30 sentyabr 18:28