İlya Rojdestvenski Putinin 2 oğlunu araşdırdı, ŞOK faktlar
Bir neçə gündür, xaricdə fəaliyyət göstərən və Rusiya hakimiyyətinə tənqidi münasibətilə fərqlənən rus saytları “Dosye” Mərkəzinin jurnalisti İlya Rojdestvenskinin araşdırmasından bəhs edir.
SAVASH.MEDİA “Dosye” Mərkəzinə istinadən xəbər verir ki, “Varislər” (“Наследники”) araşdırmasında Rusiyanın dövlət başçısı Vladimir Putinin oğullarının gizli həyatından bəhs edilir.
Araşdırma bədii gimnastika üzrə olimpiya çempionu Alina Kabaevanın “Alina-2023” bədii gimnastika festivalının iştirakçılarını təbrikindən başlayır:
“O, (oxu. – Alina Kabaeva) digər idmançılarla birlikdə vida mahnısı oxuyarkən zaldakı uşaqlardan biri onu diqqətlə izləyirdi. Olimpiya çempionu səhnəni tərk edəndə uşaq da ona qoşuldu, sonra onlar birlikdə yola davam etdilər. Bu, Kabaevanın Rusiyanın ən gizli iki uşağından biri olan oğlu İvan idi. İkinci uşaq İvanın kiçik qardaşı Vladimirdir, lakin o həmin vaxtlarda anasını tədbirlərdə müşayiət etmirdi”.
Araşdırmaçı bildirir ki, bu uşaqlarlar bağlı informasiyanı dövlətin məlumat bazalarından tapmaq qeyri-mümkündür:
“Onların körpəlikdən məxfi sənədləri var. Bu sənədlər, əsasən, kəşfiyyatçılar və dövlətin müdafiəsi altında olan şəxslər üçün hazırlanır. Doğum tarixlərini yalnız ən yaxın qohumları bilir. Onlar müntəzəm uçuşlar etmirlər, ayrı-ayrı təyyarələri var. Uşaq bağçalarına getmirlər, onlara tərbiyəçi tuturlar. Onlar Federal Mühafizə Xidmətinin (FMX) mühafizəsi altında olan iqamətgahlarda yaşayır, yaxtalara və zirehli qatara minir, demək olar ki, həmyaşıdları ilə ünsiyyət qurmur və atalarını nadir hallarda görürlər. Onlar Vladimir Putinin oğullarıdır”.
Jurnalist qeyd edib ki, araşdırma apararkən Vladimir Putinin böyük oğlunun onlarla şəklini tapıb. Etik səbəblərə görə, bu şəkilləri, eləcə də uşağı tanımağa kömək edə biləcək digər təfərrüatları dərc etməyib:
“İvan Putin azyaşlıdır və valideynlərinin hərəkətlərinə görə məsuliyyət daşımır və onun xarici görünüşü özlüyündə ictimai maraq kəsb etmir. Lakin prezidentin övladlarının həyat tərzi maraq doğurur, çünki onu dövlət və Putinin büdcədən qazanan dostları maliyyələşdirir”.

Araşdırmada bildirilir ki, prezident ailəsinin gündəlik həyatında onlarla insan – sürücülər, mühafizəçilər, müəllimlər, aşpazlar, pilotlar, təlimçilər, ofisiantlar, köməkçilər və başqa şəxslər iştirak edir.
Jurnalist əlavə edib ki, “Dosye”-nin mənbəyi həmin şəxslərdən biridir:
“O, iqamətgahlarda yaşayır, dövlət başçısının övladları ilə gündəlik ünsiyyətdə olmasa da, tez-tez görüşür və adının çəkilməməsi şərti ilə bu barədə danışmağa razılaşıb. Jurnalist İlya Rojdestvenski həmin şəxs barəsində də araşdırma aparıb və həqiqətən Vladimir Putinin ailəsində işlədiyinə əmin olub. Rojdestvenski onun kimliyini açıq mənbələrdən, o cümlədən sosial şəbəkələrdəki nəşrlərdən, habelə bank çıxarışlarından və hökumət məlumat bazalarından istifadə etməklə yoxlayıb”.
“Dosye” qeyd edib ki, Alina Kabaeva böyük oğlunu 2015-ci ildə İsveçrənin Luqano şəhərindəki Sant’Anna klinikasında dünyaya gətirib. 2018-ci ildə ikinci oğluna hamilə ikən müayinələrdən İsveçrədə keçsə də, onu 2019-cu ildə Moskvada dünyaya gətirib. Hər iki uşağın harada doğulması qərarını Vladimir Putin özü verib. Hər iki uşağın doğulmasında 30 il öncə İsveçrəyə köçmüş, Putinlə yaxşı münasibətləri olan rus ginekoloq Natalya Tyebo iştirak edib. Həkimin yaxın dostu SonntagsZeitung-a bildirib ki, idmançının övladları Vladimir Putindəndir.
Araşdırmada diqqətə çatdırılır ki, həm Valdayda olarkən, həm də səyahət edərkən uşaqlar və işçilər eyni ərazidə yaşayırlar. Bu zaman oğullar valideynləri ilə əsas evdə, tərbiyəçilər və məşqçilər ayrı-ayrı binalarda qalırlar. Dərslər üçün xüsusi binalar ayrılıb, bütün bu obyektlər bir-birinə yaxın məsafədə yerləşsə də heç kim piyada gəzmir. Belə ki, qardaşların sürücüsü olan öz maşınları, müəllim və qulluqçuların ayrı maşınları var. Üstəlik, Valdayda bəzi işçilərə ərazini gəzmək qadağandır, bütün hərəkət yalnız nəqliyyat vasitəsi ilə həyata keçirilir.
Araşdırmaçı jurnalist uşaqların gündəlik həyatını belə təsvir edir:
“Uşaqlar səhər saat 8-9-da müəllimlərin və dayələrin yanına gətirilir, hamısı birlikdə səhər yeməyi yeyirlər. Səhər yeməyindən sonra 30-45 dəqiqə dərslər, sonra oyunlar keçirilir. Valdayda uşaqların ixtiyarında iki poni, dovşan və senbernar var. Oyuncaqlara “Lego” konstruksiya dəstlərinin və iPad-lərin böyük kolleksiyası daxildir. Bunlar təkcə oyunlar üçün deyil, həm də video dərslər üçündür. Günortaya yaxın uşaqlar yemək yeyirlər, sonra yuxuya gedirlər, oyandıqdan sonra isə fəaliyyət və idmanla məşğul olurlar. Axşam saat 20.00-dan sonra sürücülər uşaqları aparır və onlar, demək olar ki, yatmağa gedirlər. Qardaşların məişəti atalarınınkini xatırladır. Onlar üçün fərdi yeməklər hazırlayan şəxsi aşpazları var. Vladimir Putin kimi oğullarının da öz stəkanları var və yalnız onlardan içirlər. Uşaqların yanında həmişə Federal Mühafizə Xidmətinin əsas bölməsi olan Prezident Mühafizə Xidmətinin zabitləri arasından seçilmiş mühafizəçilər olur”.
Uşaqların yanında hər zaman bir neçə ingilis və alman dili müəllimi olur. Araşdırmada onların iş sxemi də göstərilib:
“Xarici dil müəllimləri təkcə qardaşları öyrətmək üçün lazım deyil. Tərbiyəçilər bütün gününü uşaqlarla keçirdikləri üçün işin böyük hissəsini öz üzərinə götürürlər. Uşaqları idmana, şahmata və ya musiqiyə aparanda istirahət etmək mümkün olur”.
Jurnalist bildirir ki, Putin axşamlar böyük oğlu ilə xokkey oynayır (bu məqsədlə Valdayda xokkey meydançası tikilib):
“Məşqlər prezident olmayanda da olur, o zaman xidmət personalından biri komandaya götürülür. Amma dövlət başçısının iştirakı ilə oyun planlaşdırılırsa, o zaman buz üzərinə yalnız ata, İvan və Federal Mühafizə Xidmətinin əməkdaşları çıxır. Putinlər eyni komandada oynayırlar. Bəzən Kabaeva matça baxmağa gəlir, amma o, qeyri-şəffaf şüşənin arxasındakı ayrıca lojadan baxır. Meydançanın tamaşaçılar üçün ayrılmış oturacaqlarında isə yalnız Alinanın bacısı Leysan Kabayeva və anası Lyubov Kabayeva əyləşə bilər. Valideynlər həmçinin böyük bayramlarda müəllimlərin övladları ilə birgə hazırladıqları tamaşalara baxırlar”.
Araşdırmaçı iddia edir ki, Putin oğullarına bir vaxtlar qızlarına qarşı rəftar etdiyindən daha həssas davranır:
“Bundan əlavə, indi ailənin gündəlik həyatı ilə 1980-ci illərdə SSRİ və ADR-də olduğu kimi onun həyat yoldaşı yox, həyat yoldaşının qohumları, prezidentin dostları, kəşfiyyatçıların çoxlu sayda qulluqçuları və muzdlu personal məşğul olurlar. Onların heç biri uşaqlarla mübahisə etməyə risk etmir, buna görə də uşaqlar müstəsna olduqlarını bilərək böyüyürlər. Onların hər şıltaqlığı dözümlə qarşılanır və onlar yaşadıqları bütün yaşayış yerlərini şəxsi mülkləri kimi qəbul edirlər”.
Varislərin müəllimləri, mühafizəçiləri və qalan işçiləri Putindən çəkinir. Odur ki, oğlanlarla ciddi şəkildə danışa bilən yeganə şəxs Putinin özüdür.
“Dosye” mənbəyə istinadən bildirir ki, Kabaeva da sərt və hətta emosional ola bilər, lakin oğullar yalnız atalarının cəzalarını ciddi qəbul edirlər:
“Yəqin ki, atalarının tərifi onların əsas qürur mənbəyidir. Belə ki, İvan Putin müəllimlərinə və mühafizəçilərinə bir neçə dəfə yaxınlarının bəhs etdiyi hekayəni danışıb. “Mən doğulanda atam (oxu. – Vladimir Putin) çox sevinib. O qədər sevinib ki, sevincindən qışqırıb: “Ura! Nəhayət, oğlan oldu!”
Xatirə SADİQ,
SAVASH.MEDİA
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
30 mart 2026 20:33
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31 yanvar 2026 11:37
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Rusiya Ukraynaya 500 PUA, 40 raketlə zərbə endirib –ZELENSKİ
27 dekabr 2025 14:46
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
17 dekabr 2025 12:46
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
