- Putinin Bakıya göndərdiyi general Kəmaləddin Heydərovla görüşdü
- SON DƏQİQƏ: Putinin generalı və heyəti Bakıda! Bu gün nələr müzakirə ediləcək?
- Paraşütlə qayaya çırpılıb ölən Nuranənin fotoları
- Abşeron Gənclər şəhərciyində partlayış - Yaralılar var
- Rusiyada intihar edən nazirlə bağlı şok məqamlar: Hamıdan birinci gəlib göz yaşı tökən gənc qadın kimdir?






Badamdarda uçqun: Laçın QAÇQIN məktəbində oxuyan uşaqların həyatı təhlükədə! - FOTO
Günün sitatı1 noyabr 2024 10:00

Son günlər güclü yağışlar səbəbindən Bakının Badamdar qəsəbəsi ərazisində qaya parçaları uçqun təhlükəsi yaratdı. Nəticədə Bakı Kənar Dairəvi yolu bağlandı. Yol yalnız uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görüldükdən sonra açıldı.
Amma ərazidə təhlükəli vəziyyət aradan qalxmayıb. Məsələ burasındadır ki, uçqun təhlükəsinin yarandığı ərazidə məktəb binası da var. Aylardır Bakupost.az təhlükəli ərazidə yerləşən, heç bir təxliyyə çıxışı olmayan məktəblə bağlı yazılar dərc etsə də, şagirdlərin həyatının təhlükə altında olduğunu bildirsə də, təəssüf ki, hələ də məsələ ilə bağlı tədbir görülməyib.
Söhbət Badamdar qəsəbəsində yerləşən və yolu olmadığı üçün neçə vaxtdır sakinlərin narahatlığına səbəb olan qalmaqallı Laçın qaçqın məktəbindən gedir.
Sözügedən yolsuz məktəb vaxtilə gecə ikən tikilib və Badamdarda düz qayanın üstündə yerləşir. Uçqunun baş verdiyi ərazi məktəbin arxa tərəfindədir. Uçurumun üstündə yerləşən məktəbin ön tərəfdən olan yeganə yolu isə Badamdar qəsəbəsi 1-ci massiv, Topçubaşov küçəsi, 246 ünvanında yaşayan sakinlərin həyətindən keçir. Bu isə sakinlərlə məktəbin direktoru Piyalə Xudayarova arasında tez-tez qarşıdurma yaşanır. Belə ki, vaxtilə məktəbin yolu digər istiqamətdən olub. Lakin orada yeni bina tikildiyindən məktəb yolsuz qalıb. Sakinlər humanizm naminə piyada getmək şərtilə müəllim və şagirdlərə öz həyətlərindən yol veriblər. Lakin bir neçə il sonra direktor və müəllimlər məktəbə onsuz da dar olan həmin yoldan maşınla gedib-gəlməyə başlayıblar. Sakinlərin qapısı birbaşa küçəyə açıldığı üçün dalandan avtomobil yolu kimi istifadə olunması azyaşlı uşaqların həyatına təhlükə yaradır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakupost.az -ın sorğusuna cavab olaraq, həmin ərazidə məktəb binasının fəaliyyətinin qanunsuz olduğunu bildirib:
"Əməkdaşlarımız tərəfindən yerində baxış zamanı Səbail rayonu, 1-ci massiv, Topçubaşov küçəsi, ev 246 ünvanında müvafiq icazə və razılaşdırma sənədləri olmadan uzun müddət öncə 250 kvadrat metr sahədə inşa edilmiş 1 mərtəbəli 2 ədəd tikili müşahidə olunmuşdur".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova müraciət edərək, müvafiq tədbirlərin görülməsini xahiş edib. Ancaq İdarə rəisinin müraciətindən aylar keçsə də, məsələnin həllindən xəbər-ətər yoxdur.
Yalnız dünən, oktyabrın 30-da Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən Bakupost.az -a məsələ ilə bağlı məktub göndərilib. Agentliyin rəis müavini Zemfira Rzayevə sorğumuza cavab olaraq, bildirib ki, qeyd olunan ünvanda uzun illər əvvəl inşa edilmiş və "Laçın" məktəbi adı ilə fəaliyyət göstərən məktəb binası və onun istismara qəbul edilməsi barədə Agentlikdə məlumat yoxdur:
"Bildiririk ki, qeyd olunan qanunsuz tikililər ilə bağlı inzibati icraat yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid olduğundan, eyni zamanda, həmin tikililərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə Agentliyə məlumat daxil olmadığından, tərəfimizdən hər hansı tədbirin görülməsi mümkün olmamışdır".
Göründüyü kimi, Agentlik də məsələnin həlli ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin tədbir görməli olduğunu bildirir. Lakin həm Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov icra hakimiyyətinə müvafiq məktub ünvanlasa, həm də sakinlər dəfələrlə müraciət etsələr də, nədənsə bunun nəticəsi olmayıb. Məsələnin həllinə cavabdeh olan Səbail Rayon İcra Hakimiyyəti məktəbin başqa əraziyə köçürülməsi ilə əlaqədar tədbir görməyə tələsmir.
Ancaq Badamdarda baş verən son üçqun hadisəsi bir daha göstərdi ki, növbəti yağışlar zamanı məktəb binası da Dairəvi Yola doğru sürüşə, şagirdlərin və məktəbdə çalışanların başına bədbəxt hadisələr gələ bilər. İş burasındadır ki, məktəbin təxliyyə çıxışı da yoxdur. Bu səbəbdən sürüşmə, yanğın və s. kimi bədbəxt hadisələr baş verdikdə, şagirdlərin təxliyyəsi də çox çətin olacaq.
Beləliklə, qarşıdan qış gəlir və "Laçın" qaçqın məktəbi ilə bağlı məsələ təcili həllini tələb edir. Biz bir daha bu barədə yazıb, aidiyyatı qurumları məsələdən xəbərdar etdik. Tədbir görmək vəzifəsi isə onların üzərinə düşür.
Sonda onu da qeyd edək ki, ərazidə çəkilən son görüntülər də "Laçın" qaçqın məktəbi ilə bağlı təhlükənin nə dərəcədə real olduğunu əks etdirir.
Həmin fotoları təqdim edirik:






Zaur
BakuPost
Oxşar xəbərlər
- Qusar rayon Samur bələdiyyəsində nələr baş verib, yaxud Gülnarə Muradxanovanın şər-böhtan məktubları...
7 iyul 2025 15:42
- Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO
7 iyul 2025 10:30
- Sərdar Ayaz Sadiq Azərbaycana GƏLDİ - FOTO
6 iyul 2025 21:04
- Nikahsız analar, sənədsiz uşaqlar: Kimdir günahkar?
6 iyul 2025 17:29
- Rusiya partlayış törətdi, Azərbaycana məxsus SOCAR YDM-ləri dağıldı - FOTO
6 iyul 2025 16:12
- Kadırovun müraciəti yayıldı: Mənim xəstəliyim...
6 iyul 2025 14:47
- Şəmkirdə 3 azyaşlı göldə BOĞULUB ÖLDÜ - Fotolar
6 iyul 2025 09:24
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
5 iyul 2025 00:58
- Prezident Xankəndidə qonaqları qarşıladı
4 iyul 2025 14:08
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
4 iyul 2025 12:42
Xəbər lenti
- Putinin Bakıya göndərdiyi general Kəmaləddin Heydərovla görüşdü
08 iyul 14:04
- Onları vəzifəyə Prezident təyin edəcək - İLK DƏFƏ
08 iyul 13:37
- Dana monopoliyası təkcə mal-qara, Teyyub məsələsi deyil, cənablar, MİLLİ TƏHLÜKƏSİZLİK məsələsidir..
08 iyul 13:05
- SON DƏQİQƏ: Putinin generalı və heyəti Bakıda! Bu gün nələr müzakirə ediləcək?
08 iyul 11:25
- Paraşütlə qayaya çırpılıb ölən Nuranənin fotoları
08 iyul 11:11
- Abşeron Gənclər şəhərciyində partlayış - Yaralılar var
08 iyul 02:27
- Rusiyada intihar edən nazirlə bağlı şok məqamlar: Hamıdan birinci gəlib göz yaşı tökən gənc qadın kimdir?
08 iyul 02:17
- Xəlil Arslanova HÖKM oxundu - 17 İL
07 iyul 23:51
- Aztelekom-un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
07 iyul 23:08
- Putinin BU GÜN işdən qovduğu NAZİR özünü ÖLDÜRDÜ – ŞOK
07 iyul 18:06
- Prezident yeni REKTOR təyin etdi
07 iyul 16:03
- Qusar rayon Samur bələdiyyəsində nələr baş verib, yaxud Gülnarə Muradxanovanın şər-böhtan məktubları...
07 iyul 14:57
- Hər ay 500 min icаrə hаqqı аlаn Rəhim Rəhimov dövlətə nə qədər VERGİ ödəyir ?
07 iyul 13:07
- Bu 9 qidanı soyuducunun alt rəfində saxlamaq OLMAZ
07 iyul 12:31
- Sevindik Hüseynov Amerika dövlətini aldatdı: 137 milyon dollarlıq fırıldaq....
07 iyul 12:22
- KRAL şadlıq sarayında FACİƏ: ölən var
07 iyul 12:06
- İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
07 iyul 11:51
- 24 yaşlı gəlin öldürüldü, qayınanası yaralandı - Şübhəli qayınatadır
07 iyul 11:11
- Xaricdəki diplomatlarımız Bakıya çağırıldı
07 iyul 10:55
- Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO
07 iyul 10:30
- Zamin hansı halda ödənişi etməyə bilər? - CAVAB
07 iyul 02:07
- Qara kişmişin faydaları
07 iyul 01:46
- Evdə ən çox -işıq pulu- yazan cihazlar
07 iyul 01:34
- Saxalində tülkü turistin smartfonunu alıb qaçdı
07 iyul 01:05
- Yumurta sizi bu xəstəlikdən xilas edəcək
07 iyul 00:55
- Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
07 iyul 00:07
- Ərdoğanla görüşdüyünə görə Kreml qəzəbləndi
06 iyul 22:30
- Dağıstan rəhbərinin azərbaycanlılara MÜRACİƏTİ
06 iyul 21:26
- Sərdar Ayaz Sadiq Azərbaycana GƏLDİ - FOTO
06 iyul 21:04
- Məhəmməd Rza şahın xanımı Fərəh Pəhləvinin BAKI SƏFƏRİ
06 iyul 18:50
Video & Fotoqalereya
Video
Fotoqalereya