Tanınmış vəkil ləğv olunmuş bankın kreditorlarına müraciət etdi - Fond pulların başına daş salır!
Tanınmış vəkil Əkrəm Həsənov bağlanmış sonuncu bankın ləğv prosesindəki özbaşınalıqlar barədə fikirlərini paylaşıb.
Musavat.com xəbər verir ki, Əkrəm Həsənov sosial şəbəkədəki hesabında "Muğanbank" kreditorlarına müraciət edib:
"Muğanbank" kreditorları, birləşin! Ölkədə ən son bağlanan bank “Muğanbank”dır. Ötən ilin oktyabr ayında müflis elan olunub. Müştərilərin dağıdılmış vəsaitin həcminə görə “Bank Standard”, “Texnikabank” və “AtaBank”ın günündədir. Yəni bu bankın sahibləri və rəhbərləri orada daşı daş üstdə qoymayıblar. Minlərlə yerli və xarici müştərinin bu bankda yüz milyonlarla vəsaiti qalıb. Hətta işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən tikinti şirkətlərinin də".
Vəkil qeyd edir ki, "Muğanbank" keçmiş deputat, “Odlar Yurdu” universitetinin rektoru kimi tanınan Əhməd Vəliyevə və onun ailəsinə məxsus olub:
"Bu bankda vəziyyət həmişə bərbad olub. Hətta ötən ilin may ayında “GünayBank” bağlananda mən sual etdim ki, qat-qat ağır vəziyyətdə olan “Muğanbank”ı niyə bağlamırlar bəs? Bir neçə ay sonra bağladılar. Daha çox müştəri cəlb edib pullarının başına daş salandan sonra. Bu bankda heç vaxt normal idarəetmə olmayıb. Məlumat var ki, xeyli qanunsuz bank qarantiyaları da verib və s. və i.a.
Gözləmək olardı ki, digər müflis bankların çoxunun sahibləri kimi bunun da yiyələrinə qarşı tədbirlər görüləcək. Lakin əksi oldu. Hər bir halda indi əsas məsələ Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Muğanbank”ın ləğvinin necə həyata keçirilməsidir. Xatırladıram ki, bu proses əsnasında Fond bankın əmlakını hərracda satmalı, verdiyi kreditləri qaytarmalı, bankın sahibləri və rəhbərlərinin pozuntuları olduğu halda vəsaiti onlardan tələb edərək almalı və yekunda yığılmış vəsaiti kreditorlar (bankda pulu qalmışlar) arasında bölüşdürməlidir. Bu prosesə də Kreditorlar Komitəsi nəzarət etməlidir. Rübdə bir dəfə Fond bütün kreditorlara hesabat və ləğv planını təqdim etməlidir. Lakin indiyədək heç prosesə nəzarət edən Bakı Apelyasiya Məhkəməsi kreditorların siyahısını belə təsdiq etməyib. Halbuki, qanunvericiliyə görə məhkəmə onu bu ilin fevral ayında təsdiq etməli idi. Böyük ehtimalla Fond hələ də siyahını məhkəməyə tam təqdim etməyib. Niyə? Ona görə ki, bu halda Kreditorlar Komitəsi yaranacaq və Fondun işinə nəzarət edəcək. Fond isə bunu istəmir. Əvvəla, öz maraqları naminə: məlumdur ki, ləğv prosesində olan bankların olan-qalan əmlakının başına da məhz bu Fond tam daş salır. Digər tərəfdən isə, böyük ehtimalla Fond bu bankın sahibləri və rəhbərlərini zərbədən qoruyur. Çünki prosesə nəzarət başlasa, bu bankın niyə müflisləşməsi sualı ortaya çıxacaq, təqsirkarlar axtarılacaq.
Hələlik isə Fond heç kreditorların məktublarına belə cavab vermir. Xarici kreditorlar mənə müraciət edir ki, heç belə də şey olar, pulumuz orada qalıb, bunu başa düşdük, bəs ləğv prosesi niyə qeyri-şəffaf aparılır, bizə məlumat verilmir?
Hər bir halda yaranmış vəziyyəti nəzərə alaraq, mən bu bankın kreditorlarına üz tuturam. Gözləməyin! Heç kəslə separat danışıqlara getməyin, sizi aldadacaqlar, gözlə deyəcəklər ki, vaxt udsunlar. Özünüz biri-birinizlə əlaqə saxlayaraq toplantı keçirin. Yalnız siz birləşdiyiniz halda Fond və məhkəmələr sizin maraqlarınızla hesablaşacaq. Əks halda, Fond sizə bir qəpik də qaytarmayacaq. Bir sözlə, gəlin özümüz bu bankın kreditorlarının toplantısını keçirək, bankın müflisləşmə səbəblərini araşdıraq, təqsirkarları ifşa edək, Fonddan şəffaf və ədalətli ləğv prosesini tələb edək”.
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
