SSRİ-ni ABŞ-nin nüvə hücumundan xilas edən alim – Klaus Fuks
1943-cü il avqustun 19-da Kanadanın Kvebek şəhərində keçirilən görüşdə Böyük Britaniyanın baş naziri Uinston Çörçill və ABŞ prezidenti Franklin D. Ruzvelt birgə atom silahı hazırlamaq barədə razılığa gəliblər.
Nasist Almaniyasının başçısı Adolf Hitler hakimiyyətə gəldikdən sonra Böyük Britaniyaya qaçan və nüvə bombasının yaradılması proqramına qoşulan, əslən alman olan Klaus Fuks ingilis nümayəndə heyətinin tərkibində Manhetten layihəsində iştirak etməyə dəvət edilib.
O vaxt heç kim fizikin sovet kəşfiyyatı ilə əlaqələrindən şübhələnməyib. Lakin məhz onun məlumatları SSRİ-yə öz nüvə bombasını yaratmağa imkan verib.
Sovet kəşfiyyatına ilk addım
1941-ci ilin avqustunda Almaniyada işlədiyi illərdə Kommunist Partiyasına üzv olan Fuks Böyük Britaniyadakı sovet hərbi attaşesinin köməkçisi Semyon Kremerlə əlaqə saxlayıb. Onları vaxtilə Londona mühacirət edən alman Yurgen Kuçinskinin tanış edibmiş. Bundan əlavə, alim II dünya müharibəsi başlayandan ay yarım sonra Almaniyaya qarşı mübarizəyə töhfə vermək üçün sovet nümayəndələrinə də müraciət edib.
![]()
Hələ Birminhem universitetində “boru ərintisi” layihəsi çərçivəsində işləyən Fuks sovet nümayəndəsinə atom silahının yaradılmasında ingilis alimlərinin fəaliyyəti haqqında ona məlum olan məlumatları özündə əks etdirən altı səhifəlik hesabat verib.
Hərbi kəşfiyyat tarixi üzrə mütəxəssis Vladimir Lota qeyd edib ki, Kremer ümumilikdə Fuksla dörd dəfə görüşüb. Ondan alınan məlumat sayəsində SSRİ-nin nüvə silahı üzrə proqramın geriliyini müəyyən etmək mümkün olub.
Alimin ABŞ-də olduğu illərdə əldə etdiyi məlumatlar isə SSRİ-ni əməlli-başlı qabağa salıb. O, ABŞ-nin izotopların ayrılması üçün bir neçə zavod tikmək planlarını, Enivitok ərazisində yeni tip atom bombalarının sınaqdan keçirilməsinin nəticələrini, hava və su ilə soyudulmuş qazanların işinin müqayisəli təhlilini, hidrogen bombasının sxematik diaqramını və ən əsası ABŞ-də 1943-1946-cı illərdə Los-Alamosdakı gizli mərkəzdə işlədiyi zaman əldə etdiyi məxfi məlumatları sovet kəşfiyyatına ötürüb. Odur ki, SSRİ-nin atom bombası Amerika layihəsinin oxşarı olub.
![]()
Pozulan planlar
SSRİ-nin nüvə silahı əldə etməsi dünyanın “soyuq müharibə”dən qanlı müharibəyə keçməsinin qarşısını alıb. Çünki bu gün etibarlı şəkildə məlumdur ki, Xirosima və Naqasakinin bombalanmasından sonra ABŞ SSRİ-yə nüvə zərbəsi endirməyi planlayıb. Mitio Kaku və Daniel Akselrod tərəfindən yazılan “Nüvə müharibəsində qalib gəlmək: Pentaqonun gizli planları” adlı kitabda göstərilib ki, II dünya müharibəsindən sonra sovet dövləti ilk nüvə sınağı keçirənə qədər ABŞ SSRİ-yə nüvə zərbəsi endirmək üçün doqquz plan hazırlayıb. Onlardan biri, xüsusən, 1957-ci ildə 300 nüvə silahından istifadə etməklə SSRİ ərazisinin bombalanmasına başlamağı nəzərdə tutub.
Sual yaranır ki, ABŞ niyə dərhal zərbə endirməyib?
Məsələ burasındadır ki, o zaman Vaşinqtonun sadəcə olaraq kifayət qədər bombası (1948-ci ildə Amerikanın nüvə arsenalı cəmi 50 atom bombasından ibarət idi), eləcə də onları müəyyən edilən ərazilərə çatdırmaq üçün bombardmançı təyyarələri olmayıb. Bundan əlavə, Birləşmiş Ştatlar SSRİ-nin öz nüvə silahını tez yarada biləcəyinə ehtimal verməyib.
![]()
İlk sovet nüvə bombasının sınağı ABŞ-nin bu tip silaha sahiblik inhisarına son qoyub. Bundan sonra Vaşinqton nüvə hücumu planını dayandırıb.
SSRİ-nin nüvə sahəsindəki geriliyini belə tez aradan qaldırmasında böyük rolu kəşfiyyatçılar, onlara məlumat verənlər, o cümlədən Klaus Fuks oynayıb.
Alimin həbsi
1949-cu ilin sentyabrında Britaniya kəşfiyyatı Nyu-Yorka SSRİ-dən gələn teleqramları deşifrə etməyə müvəffəq olub və orada Fuksun SSRİ-yə işlədiyinı dair şübhə yaranıb.
Onu İngiltərənin ən yaxşı MI5 müstəntiqi Skardon dindirib. İngiltərədə Skardon kimi insanı psixoloji cəhətdən məhv edə biləcək digər bir şəxs olmayıb. Nəticədə alim sorğu-suallardan bezərək olanları etriaf edib.
![]()
İllər sonra sovet kəşfiyyatçısı Kim Filbi kəşfiyyat mütəxəssisləri üçün yazdığı kitabında Fuksun dəhşətli səhvə yol verdiyini bildirib. Bu barədə Kim işdəki bütün sənədləri təhlil etdikdən sonra dəqiq nəticəyə gəlib: “Skardonda heç bir sübut olmayıb. Bütün sorğu-sual qeyri-müəyyən şübhələr üzərində qurulub. Belə hallarda heç vaxt etiraf etməyə ehtiyac yoxdur”.
Müstəntiqlər agentin təqsirini sübuta yetirilmiş hesab etsələr belə, bu, heç də o demək deyil ki, məhkəmə onların arqumentlərini qəbul edib cəza verəcək. Lakin Klausun etirafı məhkəmənin qərarına birbaşa təsir edib. Odur ki, 1950-ci il martın 1-də Klaus Fuks 14 il həbs cəzasına məhkum edilib.
1959-cu ildə o, yaxşı davranışına görə həbsdən azad edilib. İngiltərə hökumətinin onlara işləmək təklifinə baxmayaraq, Fuks Almaniyaya köçüb və ömrünün qalan günlərini orada yaşayıb. Sovet hakimiyəti onun xidmətinə qiymət verməyib, onu heç bir mükafata layiq görməyib.
- İlk hərbi təyyarəçimiz: Milli Qəhrəman Vaqif Qurbanov haqqında maraqlı faktlar
7 noyabr 2025 22:16
- REFERANS- ın baş həkimi 32 yaşlı laborant imiş...
7 noyabr 2025 14:39
- Siyasi partiyalar Zəfər Gününün ilə əlaqədar birgə bəyanat yaydı
7 noyabr 2025 11:59
- Dünyanın İLK TRİLYONERİ .....
7 noyabr 2025 11:14
- Açıq havada ÇILPAQ GƏZƏN nudistlər - AZAD BƏDƏN mədəniyyəti
7 noyabr 2025 10:18
- Bulvarın uzunluğu 25 kilometrə çatacaq - RƏSMİ
7 noyabr 2025 01:51
- Məryəmi vurdular, artıq İsaya bərabər tutula bilməyəcək
7 noyabr 2025 01:41
- Prezidenti təbrik etdilər - Yenilənib
6 noyabr 2025 23:31
- Bakıda hərbçilərin zəfər yürüşü BAŞLADI
6 noyabr 2025 12:43
- Prezident NATO nümayəndə heyətini qəbul etdi (FOTO)
6 noyabr 2025 12:24
- Türkiyə Netanyahunun həbsinə order verdi
08 noyabr 01:39
- Şuşa şəhərinin işğaldan azad olunmasından 5 il ötür
08 noyabr 00:37
- İlham Əliyevdən Zəfər Günü ilə bağlı paylaşım (FOTO)
07 noyabr 23:22
- Toyunda özünə şəhidlik arzuladı, Aprel döyüşlərində arzusuna çatdı...
07 noyabr 22:51
- İlk hərbi təyyarəçimiz: Milli Qəhrəman Vaqif Qurbanov haqqında maraqlı faktlar
07 noyabr 22:16
- Pəncəli Teymurova Milli Qəhrəman adı verildi
07 noyabr 21:56
- Ərdoğan İlham Əliyevi TƏBRİK ETDİ
07 noyabr 16:07
- REFERANS- ın baş həkimi 32 yaşlı laborant imiş...
07 noyabr 14:39
- Prezident Slovakiyadan olan nümayəndə heyətini qəbul etdi (FOTO)
07 noyabr 14:28
- Siyasi partiyalar Zəfər Gününün ilə əlaqədar birgə bəyanat yaydı
07 noyabr 11:59
- Dünyanın İLK TRİLYONERİ .....
07 noyabr 11:14
- Açıq havada ÇILPAQ GƏZƏN nudistlər - AZAD BƏDƏN mədəniyyəti
07 noyabr 10:18
- Rəsul Quliyevdən Ramiz Mehdiyev barədə SENSASİON MÜSAHİBƏ
07 noyabr 02:02
- Bulvarın uzunluğu 25 kilometrə çatacaq - RƏSMİ
07 noyabr 01:51
- Məryəmi vurdular, artıq İsaya bərabər tutula bilməyəcək
07 noyabr 01:41
- Prezidenti təbrik etdilər - Yenilənib
06 noyabr 23:31
- Bakıda hərbçilərin zəfər yürüşü BAŞLADI
06 noyabr 12:43
- Prezident NATO nümayəndə heyətini qəbul etdi (FOTO)
06 noyabr 12:24
- Amerikalı general Şəhidlər xiyabanında - Fotolar
06 noyabr 12:06
- Baş katibin gizlini - Yuri Andropov ilk ailəsindən vəzifəsinə görə imtina edib
05 noyabr 22:19
- Şahbaz Şərif Prezident İlham Əliyevi təbrik etdi
05 noyabr 20:55
- QUMAR KRALI-nın istintaqı bitdi - Milyonlarla manatlıq əmlaklarına həbs qoyuldu
05 noyabr 20:22
- Ramiz Mehdiyevin Qəbələdə 1 yox, 3 villası varmış - Ən dəbdəbəlisini bu nazir hədiyə edibmiş
05 noyabr 12:51
- Həmin RÜŞVƏTLƏR dövlət büdcəsinə getməlidir: Belə məmurlar ölkə iqtisadiyyatını MƏHV EDİR- Elşad Musayev
05 noyabr 12:19
- Prezident qəbul keçirdi - FOTOLAR
05 noyabr 12:03
- Moskvada Ramil Usubovla Şoyqunun görüşü olacaq
05 noyabr 11:33
- Azərbaycanda vəkil HƏMDƏM hoteldə öldü
05 noyabr 11:24
- Müsəlman namizəd ilk dəfə Nyu-Yorkun meri seçildi
05 noyabr 10:56
- Türk nazir bütün orqanlarını bağışladı
05 noyabr 01:54
- Fəzail Ağamalının gizli saxladığı nəvələri görün kimlər imiş - ADLARI MƏLUM OLDU
05 noyabr 00:30
