Yetim qalmışdım, hara gedəcəyimi bilmirdim, axşama kimi ağladım – 94 yaşlı Nəriman Həsənzadə ilə MÜSAHİBƏ
Bu gün Xalq şairi Nəriman Həsənzadənin doğum günüdür. Ötən ay ürək əməliyyatı keçirən yazıçı 94 yaşını qeyd edir.
Musavat.com şairi təbrik edib və suallar ünvanlayıb:
- Nəriman bəy, əməliyyatdan sonra necəsiniz?
- Yaxşıyam, iki dəfə işlədiyim Milli Aviasiya Akademiyasına gedib dəymişəm. Elə bilirəm ki, vəziyyətim yaxşılığa doğru gedir.
- Ürək niyə sözə baxmır?
- Bilmirəm niyə belə oldu. Axı mən heç vaxt ürəyimin əleyhinə getməmişəm. Həmişə xeyirxah olmuşam.
- Bu gün 94 yaşa girdiniz. Yeni yaşın təəssüratları necədir?
- Dostlar, tanışlar zəng edib təbrik edirlər. Gələn gəlir, gəlməyən də hal-əhval soruşur. Nə bilim, həyatdır da. Kefimi soruşan, maraqlanan hər kəsdən razıyam.
- Bəs yazıb-yaratmağa davam edirsinizmi?
- Şübhəsiz. Bu barədə ürəkdən razıyam.
- 94 yaş bir igidin ömrüdür. Nə qənaətə gəldiniz? Həyatı necə yaşamaq lazımdır?
- Yaş Allahın işidir, nə qədər ömür verib, gərək onu yaşayaq. Əsas odur ki, ləyaqətlə yaşayaq.
- Məgər həmişə ədalətli və ləyaqətli olmaq mümkündür?
- Mən həmişə elə olmaq istəmişəm, ancaq cəmiyyət bəzən dəyişir. Marks deyirdi ki, kapitalizm qanunsuz qurulmuş quruluşdur. Burada nöqsanlar olacaq. Ona görə də bizim istəyimizdən asılı olmayan hadisələr də olur. İmkanın və gücün çatan qədər öz xeyirxahlığını qoruyub saxlamalısan. Mən də buna çalışmışam.
- Doğum gününüzdə kim sizə zəng etsə, ürəyinizin sarı simi tərpənər?
- Anam və yoldaşım zəng etsə, ürəyim yerindən çıxar. Təəssüf ki, onlar həyatda yoxdurlar. Bu o deməkdir ki, belə zənglər əbədi olmayacaq. Mən ancaq onların həsrətini çəkirəm. Kişi atadan-anadan yox, qadından yetim qalır.
- Deyirlər ki, insan iki dəfə, bir körpəlik dövründə, bir də yaşlananda uşaqlaşır. Razısınızmı?
- Yalan sözdür, inanmayın. İnsan yaşlandıqca ayılır, uşaqlaşmır.
- Sənət yoldaşlarınızdan kimlərlə sıx əlaqəniz var?
- Mən Yazıçılar İttifaqında Ağsaqqallar Şurasının sədriyəm. Ona görə də yazıçılarla əlaqəm güclüdür.
- Bu yaxınlarda yazıçı Əlisa Nicatın Səməd Vurğunla bağlı dedikləri səs-küyə səbəb oldu. Siz bu haqda nə düşünürsünüz?
- Səməd Vurğun o qədər insana kömək edib ki... Məsələn, Əliağa Kürçaylını gətirib oxudub, Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib və ondan üzr istəyib, Mikayıl Müşfiqlə bağlı Bağırovdan xahiş edib. Səməd Vurğun öz dövrünün gözəl şairi olub. Ona görə də başqa şeyləri şişirtmək lazım deyil.
- Deyirlər, yaş kişinin var-dövlətidir. Sizcə, yaşdan var-dövlət olar?
- Qızım, heç yaşlanmaq yaxşı olarmı? Axmaq kəlamdır, deyirlər də. Bu həyatda mütləq mənada heç nə yoxdur, hər şey nisbidir. Bu dünyada yaşamaq çox çətindir. Bu yaşa qədər başım nələr çəkib.
- “94”dən geri boylanıb illəri kitab kimi vərəqləyəndə ən çox hansı xatirənizdə əl saxlayırsınız?
- Mən o illərdə qarşıma çıxan yaxşı insanlara minnətdaram. Hərbi xidmətdə olanda anam rəhmətə getmişdi. Onu sonuncu dəfə görmək və dəfninə çatmaq üçün icazəsiz hərbi hissəni tərk etmişdim. Qayıdanda məni hərbi tribunala verdilər. Nigar Rəfibəyli və Rəsul Rza generaldan xahiş etdilər və məni tribunaldan xilas etdilər. Təsəvvür edin, xidmətlə birlikdə 9 il cəza çəkməli idim.
Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alanda Nazim Hikmətlə tanış oldum. İlk dəfə onun xahişi ilə mənə ev verdilər. Tale daha sonra məni alim, yazıçı Mir Cəlal Paşayevlə qarşılaşdırdı. O, öz oğlunun evini mənə bağışladı. 1964-cü ildən indiyə kimi o evdə yaşayıram. “Kimin sualı var?” poemama görə məhkəməm qurulanda məni akademik Həsən Əliyev qorudu.
Taleyim Heydər Əliyevlə çox bağlıdır. Daima mənə dəstək oldu, “Ədəbiyyat” qəzetinə baş redaktor təyin etdi. Hər nömrəni oxuyurdu, tövsiyələr verirdi. SSRİ dağılandan sonra Arif Paşayev məni Milli Aviasiya Akademiyasına apardı. Mən bu cür gözəl insanların hesabına yaşadım. Onlar məni qorudu.
Orduda xidmətimin bitdiyi gün Salyan kazarmasının qarşısında oturub axşama kimi ağladım. Anam 23 yaşım olanda rəhmətə getmişdi, kimin evinə gedəcəyimi bilmirdim. Moskvada oxuyanda gəlib-gedərkən məni qarşılayan yox idi. Evlənəndə də tək idim. Hərdən geri boylananda deyirəm, ilahi, mən necə sağ-salamat qalıb bu yaşa çatmışam?!
Həyat zahirən parıldıyır, amma mürəkkəbdir. İnsan hər gün yenidən doğulur. Nazim Hikmət deyirdi ki, “bu gün yaşadıq, buna da şükür”. Gərək hər günün qiymətini bilim, itirməyim.
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 2026 18:57
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
