Deyirdilər ki, bu oğlan o qızı alacaq ” – Sabiq deputat bayram xatirəsini danışdı
“Heyif ki, xankəndlilər bu bayramı da orada keçirə bilmədilər. Kaş yenə o günlər olaydı. Atam, anam və qohumlarımın əhatəsində olardım. Bu, mənim yaralı yerimdir. Ən gözəl günlərimi Xankəndinin Kərkicahan qəsəbəsində keçirmişəm. Anam müəllim işləyirdi, şəhər məktəbində yer yox idi. Sentyabrda Kərkicahana gedirdik, may ayında isə Xankəndiyə qayıdırdıq. Novruz bayramı Xankəndidə çox gözəl keçirdi. Bayramqabağı hazırlıqlar edirdilər. Gəvən adlı otu tonqalda yandırırdılar, işığı göyə saçırdı”.
Bunu Musavat.com-a açıqlamasında Xankəndinin sabiq deputatı Flora Qasımova deyib.
O, Xankəndidə keçirdiyi Novruz bayramlarından söz açıb:
“Hər çərşənbə axşamı tonqal qalayırdılar. Bayramqabağı uşaqlara mütləq təzə paltar alırdılar. Anamın tikiş maşını var idi, gecədən səhərə kimi mənə don tikmişdi. Kərkicahanda o vaxt hər adamda sac olmazdı. 4-5 evdə sac olardı. Saclarda yuxa çörəyi bişirmək üçün mütləq növbəyə yazılardılar. Yuxa bişirəndən sonra həmin sacların içində buğda qovurğası hazırlayırdılar.
Bizdə qapı pusmaq adəti də var idi. Balaca idim, xatırlayıram ki, qonşunun qızları iynənin ucuna pambıq qoyurdular, sonra da onu suyun içinə salırdılar. Ürəklərində də hansısa oğlanın adını tuturdular, iynələr bir-birinə yaxınlaşanda deyirdilər ki, bu oğlan o qızı alacaq. Çox maraqlı idi. Hündür bir qoz ağacı var idi. Oradan asılan yelləncəkdə yellənirdik.
Baxmayaraq ki, ermənilərin içində yaşayırdıq, adət-ənənələrimizi qoruyurduq. Bir məsələ də var ki, o vaxtlar indiki kimi şəkərbura, paxlava bişirməzdik. Qovurğa qovurardıq, şirniyyatlar bişirərdik. Həmin şirniyyatlardan bir qab ermənilərə də pay verərdik”.
Sabiq deputat deyib ki, azad olunandan sonra bir neçə dəfə Xankəndiyə gedib:
“Xankəndidə bir çox ev salamatdır. Sadəcə olaraq təmizlik, təmir aparmaq lazımdır. Oraya köç artıq başlamalıdır. İnsanlar var ki, Xankəndini görmədən dünyadan köçür. Bu yaxınlarda məktəbimizin direktoru Sabir Əliyev 93 yaşında Xankəndi həsrəti ilə dünyadan köçdü. Buna görə də tələsmək lazımdır. Elə insanlar var ki, günlərini sayır, deyirlər ki, kaş gedib öz evimizdə ölərdik. Mənim Xankəndidəki evim durur, amma yaman gündədir”.
Pensiyada olan Flora Qasımova gündəlik qrafikindən də söz açıb:
“Birtəhər başımı qatıram. Arada xankəndlilər bir yerə yığışırıq. Saytlara baxıram, xəbərləri oxuyuram. Bağda yaşayıram. Şəkərbura, paxlava bişirməyi də öyrənmişəm. Mənim paxlavamı çox bəyənirlər”.
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 2026 18:57
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
