Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif
Erməni seçicilər referendumda konstitusiyadan məlum iddianı çıxarmağı rədd edə və razılaşmanı poza bilərmi?
“Ermənistan və Azərbaycan sülh sazişinin mətnini yekunlaşdırıb. Lakin Bakı Ermənistan konstitusiyasını dəyişməyincə onu imzalamayacağını bildirir. İrəvan yeni layihə hazırlayır, ancaq erməni seçicilər referendumda onu rədd edə və bu, razılaşmanı poza bilər”.
“Yeni Müsavat” xəbər verir ki, bu barədə Beynəlxalq Böhran Qrupuna məxsus Crisisgroup.org saytındakı təhlili məqalədə deyilir.
Qeyd edilir ki, xarici tərəfdaşlar sərhədlər açıldıqdan sonra lazım olacaq nəqliyyat infrastrukturuna sərmayə yatırmaq da daxil olmaqla, sazişin imzalanması üçün stimulu təmin etməlidir.
Təhlildə həmçinin deyilir: “Azərbaycan-Ermənistan münaqişəsinin həllinə dair saziş uzunmüddətli sülhə zəmanət verməsə də, bu, hər iki tərəfə bundan bəhrələnməyə başlamağa imkan yaradacaq. Amma fürsət pəncərəsi həmişə açıq qalmayacaq. Odur ki, Bakı və İrəvan razılaşmanın yalnız konstitusiya referendumundan sonra mümkün olduğu vəziyyətindən qaçmaq üçün kompromis axtarmalıdır”.
Qurumun analitiklərinə görə, söhbət “orta yolda” gedir: “Yəni sülh müqaviləsi imzalanır, onun ratifikasiyası isə Ermənistan Konstitusiyasına düzəliş edilənədək təxirə salınır. Referendumun nəticəsinin gözlənilməzliyini nəzərə alsaq, belə bir kompromis Azərbaycan üçün faydalı olardı. Çünki referendum vaxtından asılı olmayaraq, ciddi risklər daşıyır”.
Bəs Bakıda nə düşünürlər, Azərbaycan belə bir kompromisə gedə bilərmi?

Günay Ağamalı
Deputat Günay Ağamalı “Yeni Müsavat”a dedi ki, Beynəlxalq Böhran Qrupunun Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı irəli sürdüyü təklif rəsmi Bakının mövqeyi ilə uzlaşmır: “Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəalar yer aldıqca imzalanacaq hər hansı bir sülh sazişi kağız üzərində qalacaq. Çünki həmin iddiaların Ermənistan Konstitusiyasında öz əksini tapması qarşı tərəfin istənilən vaxt yenidən ərazi iddiaları irəli sürməsinə hüquqi zəmin yaradacaq. Belə olduğu təqdirdə, sülh müqaviləsinin imzalanması, lakin ratifikasiyasının təxirə salınması ölkəmiz üçün arzuolunan ssenari deyil. Əgər proses Beynəlxalq Böhran Qrupunun səsləndirdiyi fikirlər kimi olsaydı, liderlər Vaşinqtonda sülh sazişinin paraflanmasını deyil, planlaşdırılan hüquqi mexanizimi reallaşdırardılar.
Bilindiyi kimi, avqustun 8-i Ağ Evdə ABŞ Prezidenti Donald Trampın moderatorluğu ilə Cənubi Qafqazın siyasi gündəliyini dəyişən proseslər baş verdi. Liderlər uzunmüddətli münaqişəyə son qoymaqla regionda yeni bir səhifə açdılar. Lakin cənab Prezident İlham Əliyevin Vaşinqtonda səsləndiyi fikirlər, yəni yekun sülh müqaviləsinin bağlanması kontekstində Ermənistan Konstitusiyasındakı mövcud maneələri bir daha diqqətə çatdırması ölkəmizin bu məsələdəki qəti mövqeyinin təzahürü idi".

Rəşad Bayramov
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov qeyd etdi ki, Beynəlxalq Böhran Qrupunun Azərbaycan və Ermənistan arasında münasibətlərə dair bu şəkildə mövqeyi anlaşılan deyil: “Əvvəla, ona görə ki, sülh sazişinin imzalanması və yekun ratifikasiyası üçün konstitusiya dəyişikliyinə ehtiyac olduğu artıq hər kəs tərəfindən, o cümlədən də Vaşinqton görüşündə üçtərəfli bəyanata imza atan ABŞ və Ermənistan tərəfindən də qəbul olunur. Hər kəs başa düşür ki, bu dəyişiklik baş tutmadan, yəni Ermənistanın əsas qanununda Azərbaycana qarşı ərazi iddiaları qaldığı müddətcə imzalanacaq hər hansı bir sülh sazişinin elə bir əhəmiyyəti olmayacaq. Bu mənada rəsmi Bakının tələbləri tamamilə başa düşüləndir və haqlı tələblərdir. Məhz Azərbaycan öz tələblərində haqlı olduğu üçün beynəlxaq birlik tərəfindən bu istiqamətdə hər hansı təzyiq də yoxdur.
Digər tərəfdən, sülh müqaviləsinin imzalanması, ratifikasiyanın isə Ermənistan Konstitusiyasına düzəliş edilənədək təxirə salınmasını təklif edən Böhran Qrupunun məntiqi anlaşılan deyil. Çünki özlərinin qeyd etdiyi kimi, seçicilərin referendumda onu rədd etməsi və razılaşmanı pozma ehtimalı var. Əgər belə bir ehtimal varsa, o zaman indi sülh sazişinin imzalanması nəyi dəyişəcək? Tutaq ki, Bakı və İrəvan müvafiq konstitusiya dəyişikliyi olmadan sazişi imzaladı və bir müddət sonra da İrəvan ya ümumiyyətlə, belə bir referendum keçirmədi, ya da qeyd edilən kimi, həmin referendumda konstitusiya dəyişikliyini təmin etmək mümkün olmadı. O zaman nə olacaq? Yəni təklif edilən forma risk ehtimalını aşağı salırmı? Təbii ki, yox.
Hər iki tərəf yekun sazişin imzalanmasını və ratifikasiyasını gözləmədən indi Böhran Qrupunun qeyd etdiyi məsələlərlə bağlı işlərə onsuz da start veriblər. Odur ki, konstitusiya dəyişikliyi baş vermədən sülh sazişinin imzalanmasına da hər hansı ehtiyac yoxdur. Və ümumiyyətlə, bu məsələnin yenidən gündəmə gətirilməsi cəhdləri mənasızdır".
- Moskvada Ramil Usubovla Şoyqunun görüşü olacaq
5 noyabr 2025 11:33
- Azərbaycanda ÜDM niyə çox artmır? - Prezident açıqladı - Video
4 noyabr 2025 12:41
- HEYRƏT - Amerikalı QIZ gədəbəylilər kimi SAZ ÇALIR, AŞIQ MAHNISI OXUYUR VİDEO - Video
2 noyabr 2025 23:14
- Məktəb bitdi, hərbi xidmət də yekunlaşmaq üzrədir... İspaniyanın GƏLƏCƏK KRALİÇASI
2 noyabr 2025 11:49
- Milli Məclis Bəyanat qəbul etdi: Prezident və Birinci vitse-prezidentə məktub ünvanladı
31 oktyabr 2025 12:29
- Ramiz Mehdiyevin yaxın adamı Mikayıl İsmayılovun Almaniyada 36 mənzili üzə çıxdı
31 oktyabr 2025 11:10
- Ramiz Mehdiyevin gizli -prinsi- hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə QUDASI Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
30 oktyabr 2025 13:37
- AZADLIQ AŞIĞI da DANIŞDI: Ramiz Mehdiyev bağda mənə BİR DƏFƏ...)) lmir...
30 oktyabr 2025 11:52
- Prezident İlham Əliyev Rumıniya Senatının sədrini qəbul etdi (FOTO)
29 oktyabr 2025 23:20
- Tamilla Əliyeva AQTA-da məsul vəzifəyə təyin edilib (AÇIQLAMA)
29 oktyabr 2025 22:32
- Ramiz Mehdiyevin Qəbələdə 1 yox, 3 villası varmış - Ən dəbdəbəlisini bu nazir hədiyə edibmiş
05 noyabr 12:51
- Həmin RÜŞVƏTLƏR dövlət büdcəsinə getməlidir: Belə məmurlar ölkə iqtisadiyyatını MƏHV EDİR- Elşad Musayev
05 noyabr 12:19
- Prezident qəbul keçirdi - FOTOLAR
05 noyabr 12:03
- Moskvada Ramil Usubovla Şoyqunun görüşü olacaq
05 noyabr 11:33
- Azərbaycanda vəkil HƏMDƏM hoteldə öldü
05 noyabr 11:24
- Müsəlman namizəd ilk dəfə Nyu-Yorkun meri seçildi
05 noyabr 10:56
- Türk nazir bütün orqanlarını bağışladı
05 noyabr 01:54
- Fəzail Ağamalının gizli saxladığı nəvələri görün kimlər imiş - ADLARI MƏLUM OLDU
05 noyabr 00:30
- İlham Əliyevə təbrik məktubları gəlir
04 noyabr 22:24
- Ramiz Mehdiyevin vəkilləri şikayətlərini niyə geri götürdü? - Yeni detallar
04 noyabr 21:52
- Məşhur dələduz hakim qarşısında – Bu gün sabiq səfirin yaxınının məhkəməsidir
04 noyabr 14:25
- Xankəndidə küçəyə Ənvər Paşanın adı verildi
04 noyabr 14:09
- Azərbaycanda ÜDM niyə çox artmır? - Prezident açıqladı - Video
04 noyabr 12:41
- HƏRBİ gücü ÇOX BÖYÜK, ərazisi ÇOX KİÇİK 5 ÖLKƏ
04 noyabr 12:08
- Milli Məclisdə büdcə müzakirəsi başladı: Nazirlər iştirak edir
04 noyabr 11:45
- Arif Alışanovun qardaşı oğluna hökm oxundu
03 noyabr 23:34
- Buryatiyanın azadlıq səsi susdurulur
03 noyabr 22:19
- O xəritələrdə Sevan gölü adlı göl yoxdur, Göyçə gölüdür – İlham Əliyev
03 noyabr 15:02
- ADA ilə -Veysəloğlu-nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib
03 noyabr 14:56
- Ramiz Mehdiyevin keçmiş köməkçisi həbs edildi
03 noyabr 12:04
- İlham Əliyev AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış etdi (FOTO)
03 noyabr 11:58
- Nar şirəsi necə saxlanmalıdır?
03 noyabr 10:36
- Polkovnik işdən azad olundu
03 noyabr 10:22
- Peyk ötürücü taxılan türk ŞAHİNİ 103 min kilometr UÇUB və 28 ölkəni gəzib FOTO
03 noyabr 01:01
- HEYRƏT - Amerikalı QIZ gədəbəylilər kimi SAZ ÇALIR, AŞIQ MAHNISI OXUYUR VİDEO - Video
02 noyabr 23:14
- ÖMÜRLÜK SİQARET QADAĞASI tətbiq olundu
02 noyabr 22:49
- Azərbaycanda DƏHŞƏT: Sabiq direktor azyaşlı qızının pornoqrafik görüntülərini YAYDI
02 noyabr 21:53
- Siqaret çəkənlərin NƏZƏRİNƏ: Vətəndaşlar hansı halda və neçə manat cərimələnə bilərlər?
02 noyabr 14:44
- Qaradağ icrada başçının köməkçisi və digər vəzifəli şəxslər də saxlanılıb - ADLAR
02 noyabr 12:15
- İçərişəhərdə Zeytun Festivalı davam edir (FOTO)
02 noyabr 12:10
