Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
Bu gün, fevralın 6-da Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyində SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə DNK ekspertizasından keçməli idi.
Musavat.com xəbər verir ki, Orxan İsmayılzadə ekspertizaya gəlməyib.
Orxan İsmayılzadə ötən 1 ildən artıq müddətdə ayrı-ayrı məhkəmə instansiyalarının qərarları ilə təyin olunmuş 5 ekspertizanın işində iştirak etməyib. Hazırkı, sayca 6-cı DNK ekspertizası isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi İkram Şirinovun qərarı ilə təyin olunub.
İşdə iddiaçı tərəf olan Fidan Abbasovanın vəkili Ziya Ələsgərov Musavat.com-a deyib ki, ekspertiza saat 12-yə təyin olunsa da, Fidan Abbasova, qızı Nil İsmayılzadə ekspertizaya yarım saat öncə gəliblər: “11:50-də elektron məhkəmə sisteminə baxdıq, gördük ki, qarşı tərəf – Orxan İsmayılzadə ekspertizaya gəlməyəcəyi ilə bağlı hər hansı bir məlumat yerləşdirməyib. Saat 12 oldu, nə Orxan İsmayılzadə, nə də vəkili ekspertizaya gəlmədilər. Xeyli gözlədik, gördük ki, gəlmirlər, məcbur olub ekspertizadan çıxdıq. Sonradan baxdıq ki, Orxan İsmayılzadənin vəkili Kamalə Əmirxanova elektron məhkəmə sisteminə saat 12-dən sonra bir məlumat yerləşdirib. Məlumatda yazır ki, Orxan İsmayılzadə xəstəliyi səbəbindən ekspertizaya gəlməyib. Guya ki, virusa yoluxub, xəstədir. Lakin Orxan İsmaılzadənin xəstəliyi ilə bağlı hansı xəstəxanaya müraciət etməsi, xəstəliyini təsdiq edən arayışı təqdim etməyib”.
İddiaçı Fidan Abbasova bildirib ki, Orxan İsmayılzadə hərəkətləri ilə Azərbaycan məhkəmə sistemini ələ salır: “Bu ilk dəfə deyil ki, Orxan İsmayılzadə ekspertizanın işinə qatılmır. Adamlar Azərbaycan məhkəmələrini saymırlar. Pulları, imkanları, əlaqələri var deyə, bunlara “gözün üstə qaşın var” deyən tapılmır. Orxan İsmayılzadə, atası Mikayıl İsmayılov digər vəkilimi ələ alıb istədikləri məhkəmə qərarını əldə etmişdilər. İndi də vəkilim Ziya Ələsgərova qarmaq atırlar. Onun yaxınlarına zəng edib vəkillə görüşməyə, onu ələ almağa can atırlar. Ekspertizanı da vəkilimlə görüşə bilmirlər deyə uzadırlar. Düşünürlər ki, vəkilimi ələ alıb ekspertizanın nəticələrinə hər hansı bir yolla təsir göstərə bilərlər. Mən dövlət rəhbərliyinə, Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova müraciət edirəm, xahiş edirəm ki, yaşanan qanunsuzluğa, süründürməçiliyə, cinayətə bərabər hərəkətlərə son qoyulması tədbirlər görsünlər”.
Orxan İsmayılzadə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək Sabunçu Rayon Məhkəməsinin 2(008)-5306/2024 saylı 23.09.2024-cü il tarixli qətnaməsini mübahisələndirib. O, Sabunçu Məhkəməsinin qətnaməsinin ləğvini istəyir. İş üzrə iddiaçı Fidan Abbasovanın vəkilləri isə Sabunçu məhkəməsinin alimentlə bağlı hissəsi ilə razı deyillər. Onlar Orxan İsmayılzadədən qızı Nil İsmayılzadənin saxlanılması üçün məhkəmənin hər ay üçün kəsdiyi alimentin 500 manatdan 2 min manata qaldırılmasını istəyirlər. Qətnamənin qalan hissəsinin əsaslı və qanuni olduğunu qeyd edirlər.
Məsələnin mahiyyəti budur ki, Fidan Abbasova uzun illərdir qızı Nilin atasının Orxan İsmayılzadə olmasını sübut etməyə çalışır. Lakin Orxan İsmayılzadə ötən illər ərzində qızı Nilə soyadını, adını verməkdən boyun qaçırıb, uşağın saxlanılması üçün tələb olunan vəsaiti ödəməkdən yayınıb. Buna görə də Fidan Abbasova məhkəmə qaydasında Orxan İsmayılzadənin övladının atası olmasını sübut etmək məcburiyyətində qalıb. İllər öncə məkəməyə təqdim etdiyi iddiası üzrə yekun qərar verilmədən geri götürülmüşdü. Fidan Abbasova mətbuata açıqlamasında bildirmişdi ki, 2017-ci ildə Sabunçu məhkəməsinə iddia təqdim edərək övladının atasının müəyyən edilməsini xahiş edib. Lakin o zaman Fidan Abbasova aldadılmaqla iddiasını geri çəkib. 7 il sonra, 2024-cü ildə o, icraata xitam verilməsi barədə Sabunçu Rayon Məhkəməsinin qərardadını alıb və iradəsi əksinə olan qərardadın ləğvini xahiş edib. Qərardad ləğv ediləndən sonra yenidən Sabunçu Rayon Məhkəməsində eyni predmet üzrə məhkəmə araşdırmaları başlayıb. Məhkəmədə Fidan Abbasova bildirib ki, Orxan İsmayılzadə ilə faktiki nikahdan 05.05.2015-ci il təvəllüdlü Nil adlı qızı dünyaya gəlib. Buna görə də məhkəmədə övladının adının atasının Orxan İsmayılzadə olmasının müəyyən edilməsi və buna dair doğum aktı qeydinin aparılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Fidan Abbasovanın nümayəndəsi isə tələb edib ki, Orxan İsmayılzadədən 17.01.2017-ci il tarixdən başlamaqla 05.05.2015-ci il təvəllüdlü Nil Orxan qızı Abbasovanın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 2 min manat pul tutulsun. Nümayəndə məhkəmədə Orxan İsmayılzadə ilə Fidan Abbasovanın ailə qurmasıyla bağlı fikirlərini belə əsaslandırıb: “Orxan Mikayıl oğlu İsmayılzadə 2012-ci ilin may ayında Fidan Abbasova ilə tanış olaraq ailə qurmaq qərarına gəlib və faktiki nikaha daxil olaraq birgə yaşamağa başlayıblar. Orxan İsmayılzadə özünün mobil nömrəsi 050-450-X0-X0 olduğu üçün ona da həmin nömrəyə uyğun olaraq 055-450-X0-X0 mobil telefon nömrəsi və digər əşyalar alıb. Bakı şəhərində yaşadıqları təxminən 6 ay ərzində dəfələrlə görüşüblər və faktiki nikah münasibətləri davam edib. Faktiki nikaha daxil olduqdan sonra cavabdeh ona Almaniya Respublikasına getməyi təklif edib. Bu məqsədlə viza əldə edərək Almaniyaya gedib və özünün Münhen şəhərində yerləşən evində birlikdə yaşayıblar. Almaniyada yaşadıqları müddət ərzində bir sıra başqa ölkələrə səfərlər ediblər. Bu xüsusat Fidan Abbasova və Orxan İsmayılzadənin pasportlarında olan eyni tarixdə sərhəd-buraxılış məntəqəsində aparılmış qeydlərlə təsdiq olunur.
Beləliklə, 2012-ci ilin may ayından 3 sentyabr 2016-cı il tarixədək Orxan İsmayılzadə ilə faktiki nikah münasibətlərində olublar. Faktiki nikahdan 5 may 2015-ci il tarixdə Nil adlı qızları anadan olub. Orxan uşağın atası olduğu halda, uşağın atası kimi yazılmasına dair ərizə verməyib, səbəbini onunla əsaslandırıb ki, onun valideynləri uşağın atası kimi yazılmasına razılıq vermirlər və hətta bununla əlaqədar atası onu döyüb. Nəticədə faktiki nikahdan 5 may 2015-ci il tarixdə anadan olmuş uşağın ata adından istifadə etmək hüququ pozulub”. Orxan İsmayılzadə Fidan Abbasovanın iddiası əsasında başladılan məhkəmə proseslərinə gəlməkdən boyun qaçırıb. Məhkəmənin təyin etdiyi “atalığın müəyyən edilməsinə dair” ekspertizadan da keçməkdən yayınıb.Məhkəmə iddiaçını və iş materiallarında olan sənədləri araşdırmaqla iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarıb. Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinov hesab edib ki, həqiqətin üzə çıxması üçün Orxan İsmayılzadə və qızı Nil İsmayılzadə DNK testindən keçməlidirlər. Lakin Orxan İsmayılzadə ekspertizaya qatılmamasına görə baş tutmayıb.
E.Məmmədəliyev,
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 2026 17:24
- Ukraynadan böyük ƏKS-HÜCUM: 8 məntəqə AZAD EDİLDİ
22 fevral 2026 19:01
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 2026 17:21
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 2026 13:50
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 2026 16:14
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 00:40
- Prezidentdən Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım
25 fevral 23:27
- Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25 fevral 21:07
- Prezident ailə üzvləri ilə Xocavənd və Xocalıya səfər edib
25 fevral 18:53
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 18:45
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 12:09
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 12:02
- Prezident Küveyt Əmirini təbrik etdi
25 fevral 11:17
- Horovluya növbəti köç karvanı yola salındı
25 fevral 10:59
- Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
25 fevral 10:50
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 01:40
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 01:26
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 22:43
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 18:56
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 17:23
- Naxçıvanda 40 subartezian quyusu qazılacaq - Prezident Sərəncam imzaladı
24 fevral 17:13
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 16:11
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 14:57
- İlham Əliyevdən estoniyalı həmkarına - Təbrik
24 fevral 13:21
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 13:10
- Parlamentdə 1 dəqiqəlik sükut
24 fevral 13:01
- TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
24 fevral 11:03
- Şəmşad Ağanın ailəsində daha bir itki
24 fevral 10:31
- Gedib Somalidən ƏT ALIRIQ: Bu, bizim üçün AYIBDIR! - Fikrət Yusifovdan SENSASİON SÖZLƏR
24 fevral 00:02
- Alim Qasımov Bakıda zavod açdı
23 fevral 22:04
- Sabah Su çərşənbəsidir
23 fevral 19:30
- 5-ci sinif şagirdi Tuncay Musalı Riyaziyyat fənni üzrə SASMO olimpiadasında gümüş medal qazandı FOTO
23 fevral 17:48
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 17:24
- Prezident iranlı naziri qəbul etdi
23 fevral 17:17
- Kim Çen In yenidən seçildi
23 fevral 10:09
