Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
Türkiyə Statistika Qurumu Türkiyənin əhalisi ilə bağlı yeni məlumatları açıqlayıb.
Qaynarinfo xəbər verir ki, qurumun yaydığı məlumata görə, Türkiyənin əhalisi 2025-ci ildə əvvəlki illə müqayisədə 427 min 224 nəfər artaraq 86 milyon 92 min 168 nəfərə çatıb.
Kişilərin sayı 43 milyon 59 min 434 nəfər, qadınlarınn sayı isə 43 milyon 32 min 734 nəfər olub. Beləliklə, ümumi əhalinin 50,02 faizini kişilər, 49,98 faizini isə qadınlar təşkil edib.
"Ünvan üzrə əhali qeydiyyatı sistemi" (ADNKS) nəticələrinə əsasən, ölkədə yaşayan xarici vətəndaşların sayı əvvəlki illə müqayisədə 38 min 968 nəfər artaraq 1 milyon 519 min 515 nəfər olub. Bu əhalinin 49,3 faizini kişilər, 50,7 faizini isə qadınlar təşkil edib.
İllik əhali artım sürəti 2024-cü ildə mində 3,4 olduğu halda, 2025-ci ildə mində 5/1000 səviyyəsinə yüksəlib. Şəhər və rayon mərkəzlərində yaşayanların payı 93,6 faizə çatıb.
Əhali və illik əhali artım tempi: 2007-2025

2024-cü ildə şəhər və rayon mərkəzlərində yaşayan əhalinin payı 93,4 faiz olduğu halda, 2025-ci ildə bu göstərici 93,6 faizə yüksəlib. Qəsəbə və kəndlərdə yaşayanların payı isə 6,6 faizdən 6,4 faizə enib.
"Məkan ünvan qeydiyyatı sistemi"nin (MAKS) tətbiqi ilə faktiki şəhər–kənd strukturunu daha dəqiq əks etdirən "sıx şəhər, orta sıxlıqlı şəhər və kənd” bölgüsü üzrə yeni təsnifat aparılıb.
Bu təsnifata görə, Türkiyə əhalisinin 67,5 faizi sıx şəhər, 15,8 faizi orta sıxlıqlı şəhər, 16,8 faizi isə kənd kimi qiymətləndirilən yaşayış məntəqələrində məskunlaşıb.
2024-cü ildə 40 vilayətin əhalisində azalma müşahidə olunduğu halda, 2025-ci ildə bu göstərici 33 vilayət üzrə qeydə alınıb.
İstanbulun əhalisi əvvəlki illə müqayisədə 52 min 451 nəfər artaraq 15 milyon 754 min 53 nəfərə çatıb. Türkiyə əhalisinin 18,3 faizi İstanbulda yaşayır. İstanbuldan sonra Ankara (5 milyon 910 min 320), İzmir (4 milyon 504 min 185), Bursa (3 milyon 263 min 11) və Antalya (2 milyon 777 min 677) gəlir.
2025-ci ildə ən çox əhalisi olan 5 şəhərin cins bölgüsü

Bayburt 82 min 836 nəfərlə əhalisi ən az olan vilayət olub. Onu Tunceli (85 min 83), Ardahan (90 min 392), Gümüşhane (138 min 807) və Kilis (157 min 363) izləyib.
2025-ci ildə ən az əhalisi olan 5 əyalətin cins bölgüsü

Rayonlar üzrə əhali bölgüsünə görə, İstanbulun Esenyurt rayonu 1 milyon 3 min 905 nəfərlə ilk yerdə qərarlaşıb. Beləliklə, Türkiyədə ilk dəfə bir rayonun əhalisi 1 milyonu keçib. Esenyurtdan sonra Şahinbey, Çankaya, Keçiören və Şehitkamil rayonları gəlir.
2007 və 2025-ci illərin əhali piramidalarının müqayisəsi göstərir ki, doğum və ölüm göstəricilərinin azalması fonunda yaşlı əhalinin payı artıb və ortanca yaş yüksəlib.
Əhali piramidası, 2007, 2025

2024-cü ildə 34,4 olan orta yaş həddi 2025-ci ildə 34,9-a çatıb. Kişilərdə bu göstərici 34,2, qadınlarda isə 35,7 olub. Vilayətlər üzrə bölgüyə əsasən, Sinop 44 yaşla ən yüksək orta yaş göstəricisinə sahib olub. Şanlıurfa isə 21,8 yaşla ən aşağı göstəricini qeydə alıb.
Cins üzrə orta yaş, 2007-2025

2009 və 2025-ci illərin məlumatları göstərir ki, heç evlənməyən kişilərin payı qadınlardan daha yüksəkdir. Qadınlar arasında isə dul və boşanmışların payı daha çoxdur.
15–64 yaş aralığında olan əhalinin payı 2007-ci ildə 66,5 faiz olduğu halda, 2025-ci ildə 68,5 faizə yüksəlib. 0–14 yaş qrupu azalarkən, 65 yaşdan yuxarı əhalinin payı artıb.
Ən yüksək və ən aşağı orta yaşı olan ilk 5 əyalətin gender bölgüsü, 2025

2025-ci ildə əmək qabiliyyətli hər 100 nəfərə 29,7 uşaq və 16,2 yaşlı düşüb.
Əhali sıxlığı Türkiyə üzrə hər kvadrat kilometrə 112 nəfər təşkil edib. İstanbul 2 943 nəfərlə ən yüksək sıxlığa malik vilayət olub. Əhali sıxlığının ən aşağı olduğu vilayət isə Tunceli olub.
Oxşar xəbərlər
- Azərbaycanda 80 manat pensiya alan Qarabağ veteranlarının sayı açıqlandı
11 aprel 2026 23:34
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
2 aprel 2026 12:38
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 2026 18:57
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Naxçıvanda 40 subartezian quyusu qazılacaq - Prezident Sərəncam imzaladı
24 fevral 2026 17:13
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
Xəbər lenti
- Lalə Şövkət daha siyasətlə maraqlanmır (AÇIQLAMA)
13 aprel 21:11
- Dövlət xərclərinə nəzarət gücləndirilməlidir - DEPUTAT
13 aprel 20:03
- Azərbaycan gimnastları dünya kubokunda QIZIL MEDAL qazandılar
13 aprel 18:25
- Xalq artisti vəfat etdi
13 aprel 18:14
- Kuba prezidenti: ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram
13 aprel 17:11
- Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13 aprel 14:27
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 14:18
- Pensiyalar SABAH ödəniləcək
13 aprel 13:11
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 12:46
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 11:58
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 11:41
- Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA
13 aprel 00:18
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 23:56
- Tramp: İranı bir gündə silərəm
12 aprel 23:05
- Xərçəng riskini azaldır
12 aprel 20:08
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 19:53
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 16:27
- Qaqarinin varisləri - İlk kosmonavtın qızlarının başına nə gəlib?
12 aprel 14:45
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
12 aprel 14:21
- Tərtərdə ŞOK İDDİA: Bibərlərə şprislə su vurulub -süni çəki- ilə satılır
12 aprel 11:29
- Mehriban Əliyevadan Pasxa bayramı münasibətilə - Paylaşım
12 aprel 10:13
- Hər gün ispanaq yeməyin faydasını bilirsiniz?
12 aprel 00:07
- İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? /DOSYE
12 aprel 00:02
- Azərbaycanda 80 manat pensiya alan Qarabağ veteranlarının sayı açıqlandı
11 aprel 23:34
- ABŞ İranın dondurulmuş aktivlərini azad etməyə razılaşıb - KİV
11 aprel 21:48
- İlham baba mənə KAMAZ göndərdi
11 aprel 20:47
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 19:19
- Bu gün paytaxtda 550 küçə yuyuldu - Fotolar
11 aprel 18:40
- Ramiz Mehdiyevə yaxın kəşfiyyat rəhbəri haqda şok iddialar
11 aprel 13:44
- Hərbçilərimz Türkiyədə birgə təlimdə - Fotolar
11 aprel 12:36
Video & Fotoqalereya
Video
Fotoqalereya
