- Nazirlər bir ayda neçə kilo ət ala bilər? - Rəsmilərin məvacibi
- Bakıda -Bulaq suyu- adı ilə satılan su krantdan doldurulur? – VİDEO
- Yer kürəsinin gizli arxivi tapıldı - Bütün sirlər okeanın dibində saxlanılırmış
- Valideynlərin qızıl üzük verdiyi müəllimlə bağlı QƏRAR
- Ər-arvad uşaqlarının dişlərini fırçalamadıqları üçün həbs edildi
Zakir Qaralov həbs olunur ....

Məmurlar dövlətin milyardlarını mütəşəkkil qaydada mənimsəyib; hüquqşünas: "Yol tikintilərindəki korrupsiyanı aşkarlamaq çox asandır, Zakir Qaralovun ”Akkord"a bağlılığını sübut etmək isə"...
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsindən sonra Azərbaycanda dövlət vəsaitlərinin mənimsənilməsində iştirak edən digər eks-məmurların cəzalandırılacağına ümidlər artıb. Cəmiyyət adı külli miqdarda yeyintilərdə hallanan sabiq məmurların törətdikləri əməllərə görə məsuliyyətə cəlb edilməsini gözləyir.
Belə sabiqlər sırasında nəqliyyat naziri olmuş Ziya Məmmədov, keçmiş baş prokuror Zakir Qaralovun adı ön sırada çəkilir. Məsələ burasındadır ki, iri neft gəlirlərinin axını başlanan 2000-ci illərdə Azərbaycanda avtomobil yollarının tikintisi və yenidənqurulmasına külli miqdarda vəsait sərf olunub. Yol layihələrinin böyük bir hissəsi dövlət büdcəsi, qalanı isə dövlət zəmanəti ilə alınan xarici kreditlər hesabına icra olunub. Bir neçə gün əvvəl italyan dizaynerin "Gənclik” metro stansiyası ətrafında inşa edilən yeraltı tunelin tikintisinə sərf olunan vəsaitlə bağlı açıqlaması cəmiyyətdə böyük rezonansa səbəb oldu. "Italian Design” holdinqin rəhbəri Franco Rizzat həmin tunelin tikintisinə 512 milyon dollar xərcləndiyini qeyd edib. Maraqlıdır ki, cəmiyyətin indiki təəccübünün özü iqtisadçı-ekspertlərə təəccüblü gəldi: onlar həmin tunelin tikintisinə həddindən çox vəsaitin xərcləndiyini elə tikinti gedən illərdə açıqladıqlarını bildirirlər. Məsələn, iqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, 2011-ci ildə indi böyük təəccüb yaradan "Gənclik” tunelinə həmin dövrə qədər 407 milyon dollar (305 milyon manat) xərclənməsinə dair məlumatı paylaşmışdı: "Sonrakı bir ildə tikinti davam etdi və əlavə 100 milyon manat da xərcləndi. Həmin illərdə biz büdcədən tikinti layihələrinə yüz milyonlarla vəsaitin ayrılmasına dair məlumatları dəfələrlə ictimaiyyətə açıqlamışıq, lakin heç kimdə indiki təəccüb yaranmadı”.

Qubad İbadoğlu
İqtisadçı-alim Qubad İbadoğlu isə Z.Məmmədovun nəqliyyat naziri olduğu dövrdə yolların tikintisi və təmirinə 10,5 milyard manat xərcləndiyini bildirir: "Bu yol layihələrindən biri Zığ-Hövsan-Aeroport istiqamətində uzunluğu 13,2 kilometr olan yolun çəkilməsi layihəsidir. Onun icrasına 360,6 milyon manat (460 milyon dollar) vəsait xəclənib. Metronun ”Gənclik" stansiyasında tunel tikintisinə 2010-cu ildə 225 milyon, 2011-ci ildə 80 milyon manat, cəmi 305 milyon manat (388 milyon dollar, bu məbləğə 2013-cü ilin rəqəmi daxil deyil) ayrılıb. Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yol qovşağının tikintisinə 2008-ci ildə 87,6 milyon, 2009-cu ildə 41,3 milyon, 2010-cu ildə isə 18,3 milyon manat, cəmi 147,2 milyon manat (187,4 milyon dollar) "sərf edilib”.
İqtisadçı-alim deyir ki, Dünya Bankının 40-a yaxın ölkədə apardığı hesablamalara görə, hər kilometr yeni yolun salınması xərcləri 142 min dollarla 1 milyon 832 min dollar arasında dəyişir. Mövcud olan hər kilometr yolun yenidən qurulmasına isə 62 min dollardan 609 min dollara qədər vəsait xərclənr. Azərbaycanda 2006-2015-ci illərdə tikilən yollar bundan qat-qat baha başa gəlib.
Cəmiyyəti indi düşündürən məqamlardan biri də budur ki, yol layihələrinə dəyərindən qat-qat artıq vəsaitin ayrıldığı dövrdə bu israfçılıq müvafiq qurumların diqqətini niyə cəlb etməyib? "Azpolitikainfo” bunun səbəbi ilə bağlı maraqlı faktları qeyd edib: "Təbii ki, bu talançılığı bütünlüklə Ziya Məmmədovun ayağına yazmaq insafsızlıq olar. Nəzərə alın ki, qeyd etdiyimiz bu milyardlarla vəsait Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə ayrılıb. Bəs haradaydı o zaman bu soyğunçuluğu görməli və bunun qarşısını almalı olan dövlət qurumları - Nazirlər Kabineti, Baş Prokurorluq, Hesablama Palatası, Vergilər Nazirliyi və sair? Axı bu vəsaitlərin hara və necə xərcləndiyini ən dəqiq Nazirlər Kabineti və Hesablama Palatası izləyə bilirdi...
Buradakı mənimsəməni, talançılığı isə Baş Prokurorluq, Hesablama Palatası, Vergilər Nazirliyi və s. üzə çıxarmalıydı. Çıxardımı? Əlbəttə ki, yox.
Niyə? Bunun çoxlu sayda səbəbləri var. Məsələn, indi məşhurlaşan "Gənclik”dəki tunelin tikintisində həmin dövrün baş prokuroru Zakir Qaralovun olduğu iddia edilən "Akkord” şirkəti də iştirak edib! Belə çıxır ki, bu tunelin tikintisində onun da "şərikliyi” var.
İkinci səbəb: Hesablama Palatasının o vaxtkı sədri Heydər Əsədov Ziya Məmmədovun qudasıdır!
Üçüncü səbəb: O illərdəki vergilər naziri Fazil Məmmədov da elə Ziya Məmmədovun tayıdır və sair.
Bu səbəblər siyahısını uzatdıqca uzatmaq olar. Prokuror "şərik”, Hesablama Palatasının sədri quda, qalanlar da yenə "özününkülər” - Ziya Məmmədov "qaz vurub qazan doldurmasın”, varlanmasın, bəs neyləsin"?
Qeyd edək ki, "Gənclik”dəki tunel Məmmədov-Qaralov "əməkdaşlığının” ilk məhsulu deyil. Belə ki, bu cütlüyün birgə fəaliyyəti Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun yenidənqurulması layihəsində də qeydə alınıb. Özü də "Gənclik”dəki tuneldən fərqli olaraq bu layihə faktiki olaraq batırılmış sayılır. Belə ki, "Şimal-Cənub” nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi hesab olunan bu yolun yenidənqurulmasına 2006-cı ildən başlanıb, 2008-ci ildə istifadəyə verilib. Yolun xeyli hissəsi beton örtüklə üzlənmişdi - iritonnajlı avtomobillərlə yükdaşımaların həcminin artması pesrpsektivi nəzərə alınmışdı. Yolun beton örtüklü hissəsini bütünlüklə "Akkord” şirkəti inşa etmişdi. Bu yolun tikintisinə iki il ərzində büdcədən 545 milyon 287 min 800 manat, sonradan isə əlavə ayırmalara hesabına 1 milyard manata qədər vəsait xərcləndi. Üstündən 10 il keçməmiş yol elə vəziyyətə düşdü ki, dövlət onu yenidən çəkmək qərarına gəldi!
Prezidentin 2018-ci ildə imzaladığı sərəncamla Bakı-Quba-Rusiya sərhədi istiqamətində yeni yolun tikintisinə qərar verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin verdiyi məlumata görə, yeni yolun tikintisinə 2018-ci ildən başlanıb. Uzunluğu 152 kilometr olan yeni yol 4 hərəkət zolaqlıdır. Yeni istiqamət üzrə inşa edilən bu magistral avtomobil yolu əvvəlkindən 13 kilometr qısadır. Yolun 2021-ci ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır.
2018-ci ilin fevralında Prezidentin sərəncamı ilə yolun tikintisinə dövlət büdcəsindən 150 milyon manat ayrılıb. Həmin il əlavə olaraq yolun 6-18-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədilə 7,1 milyon manat, 16 km-lik - Masazır-Novxanı hissəsinin tikintisinə 1,8 milyon manat, 2019-cu ildə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə 45 milyon manat, 2020-ci ildə yolun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinə 8 milyon manat vəsait ayrılıb.

Ziya Məmmədov
Göründüyü kimi, sabiq nəqliyyat naziri ilə baş prokurorun işbirliyi dövlətə 1 milyard manatdan yuxarı zərər vurub. Bu halda, batırılmış, yaxud şişirdilmiş layihələrin yenidən araşdırılması, hər iki sabiq məmurun həbsə alınması mümkündürmü? Hüquqşünas-ekspertlərin qənaətincə, sabiq nəqliyyat naziri Ziya Məmmədovun yol layihələrindəki mənimsəmə faktlarına görə həbsinə asanlıqla əsas tapmaq olar: "Yalnız Bakı-Quba-Rusiya dövlət sərhədi istiqamətində deyil, Bakı-Gürcüstan dövlət sərhədi yolunun tikintisində də böyük mənimsəmələr, şişirtmələrə yol verilib. Təsəvvür edin, iş o yerə çatmışdı ki, yol layihələri texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmadan icra olunurdu. Nəticədə başlanğıcda 10 milyona başa gələcəyi elan olunan tikintiyə sonunda 100-150 milyon manat xərclənirdi. Bakı-Gürcüstan dövlət sərhədi avtomobil yolu yükdaşımaların həcminə görə Rusiya sərhədi yolundan daha intensivdir. Bu yolu Ziya Məmmədovun dövründə ikicərgəli tikdilər, özü də külli miqdarda dövlət və kredit vəsaitləri hesabına. İndi başlayıblar onun 4 və 6 cərgəyə genişləndirilməsinə. Halbuki bu yolla hərəkət intensivliyinin sürətlə artması perspektivi nəzərə alınmaqla, ilk mərhələdəncə 4-6 cərgəli çəkilməsi lazım idi.
O zamanlar həyata keçirilmiş istənilən yol layihəsi üzrə araşdırmalar aparılsa, Ziya Məmmədovun həbsi üçün kifayət qədər əsaslar tapmaq olar. Hesablama Palatasının bir yoxlaması kifayətdir yüz milyonlarla manatlıq korrupsiya faktlarının aşkarlanması üçün. Lakin bunun üçün yüksək səviyyədə qərar verilməlidir. Düşünürəm ki, Səlim Müslümovla bağlı belə qərar oldu deyə cəmiyyətdə digər məmurlara yanaşmada da eyni münasibətin sərgilənməsi gözləntiləri yaranıb. Amma burada qərarın yüksək səviyyədən verilməsi lazımdır".

Zakir Qaralov
Keçmiş baş prokuror Zakir Qaralovun yol tikintisi layihələrinə görə həbs ehtimalını ekspert yüksək qiymətləndirmir: "Yol layihələrinin icrasında iştirak edən ”Akkord" şirkətinin Zakir Qaralova bağlılığına dair məlumatlar mətbuatda çox yazılıb. Amma bunu hüquqi cəhətdən sübut etmək çox çətin, indiki halda mümkünsüzdür. Əvvəla, Zakir Qaralovun o şirkətə birbaşa bağlılığını təsdiqləyən rəsmi sənədlər heç vaxt mövcud olmayıb - baş prokuror vəzifəsini daşıyan şəxsin biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağandır. Digər tərəfdən, yenə də mətbuatda yayılan məlumatlara görə, şirkət artıq Zakir Qaralova bağlı deyil. Eyni zamanda Z.Qaralovu vəzifədə olarkən yol tikintilərindəki korrupsiyalara görə fəaliyyətsizlikdə də ittiham etmək çətindir. Bunun üçün Baş Prokurorluğa müvafiq qurumlardan - Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası tərəfindən rəsmi müraciətlərin olması, Baş Prokurorluğun isə onları araşdırmaması faktları olmalıdır. Düşünmürəm ki, həmin qurumlardan belə müraciətlər olub və nəticəsiz qalıb. Belə götürdükdə, Zakir Qaralovu rəhbəri olduğu qurumun özündə mövcud olmuş korrupsiyaya görə də həbs etmək mümkündür. Sadəcə, qeyd etdiyim kimi, bununla bağlı qərar olmalıdır"...
Mənbə: Musavat.com
Oxşar xəbərlər
- Yer kürəsinin gizli arxivi tapıldı - Bütün sirlər okeanın dibində saxlanılırmış
7 iyun 2025 17:35
- Valideynlərin qızıl üzük verdiyi müəllimlə bağlı QƏRAR
7 iyun 2025 17:10
- Ər-arvad uşaqlarının dişlərini fırçalamadıqları üçün həbs edildi
7 iyun 2025 15:09
- 94 xəstəni zorlayan ginekoloqa HÖKM OXUNDU
7 iyun 2025 10:59
- Mikayıl Müşfiqin həbsinin və güllələnməsinin gizlinləri - Üzünə duranların SİYAHISI
7 iyun 2025 10:45
- Xruşovun mühafizə rəisini öldürən qəhrəman – cinayətin motivi müəammalı qalıb
6 iyun 2025 21:03
- Dilbərin qızı: Müşfiq güllələnməyib, Mərəzədə ölüb
6 iyun 2025 14:21
- Qurban bayramınız mübarək!
6 iyun 2025 13:26
- Sənədsiz evlərlə bağlı proses başlayır
6 iyun 2025 13:17
- 260 manat aliment ödəməyənə cəza, 350 min manatı verməyən sabiq səfirin dostuna -molodes -?
6 iyun 2025 00:36
Xəbər lenti
- Nazirlər bir ayda neçə kilo ət ala bilər? - Rəsmilərin məvacibi
07 iyun 18:30
- Bakıda -Bulaq suyu- adı ilə satılan su krantdan doldurulur? – VİDEO
07 iyun 18:12
- Yer kürəsinin gizli arxivi tapıldı - Bütün sirlər okeanın dibində saxlanılırmış
07 iyun 17:35
- Valideynlərin qızıl üzük verdiyi müəllimlə bağlı QƏRAR
07 iyun 17:10
- Prezident Şahbaz Şəriflə danışdı
07 iyun 15:23
- Ər-arvad uşaqlarının dişlərini fırçalamadıqları üçün həbs edildi
07 iyun 15:09
- Ana və 6 yaşlı qızı qətlə yetirildi – evə od vuruldu
07 iyun 14:32
- Vyanada Azərbaycan və Ermənistan müxalifətçilərinin görüşü keçirildi
07 iyun 13:22
- Türkeşin qızından Baxçalıya sərt təpki: Bunu atamın üzünə deyə bilərdiniz? - FOTO
07 iyun 12:42
- Müəllim valideynlərdən zinət əşyası tələb edib?- Valideyn müəllimənin barmağına qızıl üzk taxır... - Video
07 iyun 12:22
- ABŞ-də BİRİNCİ seçilən azərbaycanlı (FOTO)
07 iyun 11:51
- 94 xəstəni zorlayan ginekoloqa HÖKM OXUNDU
07 iyun 10:59
- Mikayıl Müşfiqin həbsinin və güllələnməsinin gizlinləri - Üzünə duranların SİYAHISI
07 iyun 10:44
- Qadın birdəfəyə 9 uşaq DOĞDU
07 iyun 09:53
- 3 min polis GİZLİ SƏRNİŞİN kimi avtobuslarda olacaq
07 iyun 09:34
- Tetçerin Elçibəylə danışıqlardan narazı qalması uydurmadır –SOCAR-ın sabiq prezidenti Sabit Bağırov /MÜSAHİBƏ
07 iyun 01:43
- Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı
07 iyun 00:37
- AZARAQ Azərbaycana keçən yeniyetmə ermənilərin fotosu yayıldı
07 iyun 00:24
- Azərbaycanda çoxuşaqlı ailələrdəki uşaqların dörddə birindən çox bu rayonda yaşayır – Tam siyahı
06 iyun 23:28
- Direktor əvəzi Nahid Ağayev BakI Dövlət Sirkinin başına oyun açaraq, çətin duruma salıb — Narazılıq pik həddə
06 iyun 22:32
- Telefonun enerjisini 100% doldurmaq zərərlidir – Necə olmalıdır?
06 iyun 22:16
- Ginekoloqdan SOS: DƏHŞƏT - BACI- QARDAŞ evlilikləri artır, belə getsə... - VİDEO
06 iyun 21:38
- Xruşovun mühafizə rəisini öldürən qəhrəman – cinayətin motivi müəammalı qalıb
06 iyun 21:03
- Paşinyan ilk dəfə Azərbaycan xalqını TƏBRİK ETDİ - FOTO
06 iyun 20:41
- Dilbərin qızı: Müşfiq güllələnməyib, Mərəzədə ölüb
06 iyun 14:21
- Putin Rusiya müsəlmanlarını təbrik etdi
06 iyun 14:08
- Qurban bayramınız mübarək!
06 iyun 13:26
- Sənədsiz evlərlə bağlı proses başlayır
06 iyun 13:17
- Pezeşkian Ermənistana gedir
06 iyun 13:07
- Bu meyvə qaraciyərin DƏRMANI imiş – MÖCÜZƏ
06 iyun 01:15
Video & Fotoqalereya
Video
Fotoqalereya