Rəsulzadəni öldürməkdən imtina etdiyi üçün ölüm əmri verilən qəhrəman
Sovet İttifaqı Qəhrəmanı, partizan hərəkatının aparıcı döyüşçüsü Mehdi Hənifə oğlu Hüseynzadə haqqında çoxumuz bilirik. "Uzaq Sahillərdə" filmində bu qəhrəman barədə ətraflı məlumatlar verilib. Lakin onun öldürülməsi səhnəsi və onun müharibə illərindəki fəaliyyəti Sovet senzurası tərəfindən bilərəkdən gizlədilib. 1946-cı ildə Mehdi Hüseynzadə vətən xaini, cinayətkar kimi axtarılarkən, ona cinayət işi açılarkən artıq o dünyada yox idi. Bəs qəhrəmana niyə cinayət işi açılmışdı, onun ölümünə Sovet KKB-si niyə fərman vermişdi? Niyə öldürüldü Mixaylo?
"Mehdi Hüseynzadə Stalinqrad uğrunda döyüşlərin birində əsir düşüb. O Avstriyanın Mauthauzen həbsxanasında saxlanırdı və bu həbsxanada əsirlər diri-diri yandırılırdı. Azərbaycan əsirləri həbsxanada olduğu müddətdə 160-cı alman diviziyasının komandiri, polkovnik İsrafilbəy İsrafilbəyov olub. Həmin vaxt Məmməd Əmin Rəsulzadə, İsrafilbəy İsrafilbəyov və Fətəli bəy Düdənginski Azərbaycan əsirləri ilə görüşürlər. Onlar Azərbaycan əsirlərini ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparmağa səsləyiblər. Mehdi Hüseynzadə də bir qrup azərbaycanlı əsirlə birgə bu təklifi qəbul edir. O, alman və italyan dillərini mükəmməl bildiyinə görə, Düdənginskinin səyi nəticəsində Cavad Həkimli ilə birgə xüsusi məktəbdə təhsil alır. Daha sonra Mehdi Hüseynzadə 162-ci piyada diviziyasında kəşfiyyat idarəsinin rəisi təyin edilir. Sovetlərə qarşı vuruşan Mixaylo döyüşlərin birində partizanlara əsir düşür. Partizanlar onu inandırıb öz tərəflərinə çəkə bilirlər. Əvəzində Bakıya qayıdacağına və üzərindən "xain" adının götürləcəyinə vəd verirlər. Sovet təhlükəsizlik orqanlarının məsul şəxsi onunla görüşmək üçün keçmiş İtaliyaya gəlir. Ona rəsmi bağışlanma kağızı verirlər və Almanlara qarşı partizan hərəkatına qoşulmağa cəlb edirlər. Bu işdə isə Anjeli adlı qızdan istifadə edirlər. Mixaylonun ürəyin əla almağı bacaran Anjeli müharibədən sonra Bakıya qayıdacaqlarını və onunla ailə quracağını deyir. Mehdi bir müddət Almanların kabusuna çevrilir. Onun bu uğurlarını görən Sovet KKB-si Mehdiyə yeni tapşırıq verir: "Legioner ordusuna geri qayıtmaq və Məmməd Əmin Rəsulzadə, İsrafilbəy İsrafilbəyov və Fətəli bəy Düdənginskini öldürməyi tapşırıblar. Sovetlər hesab edirdi ki, əgər bu üç şəxs ölsə Azərbaycanlı legionerlər alman ordusundan pərən düşəcəklər."
Mixaylo bu əmrə tabe olmayacığını bildirir. O, alman həbsxanasından həyatını xilas edən bu üç şəxsə qarşı heç bir addım atmayacağını deyir. Sovetlər buna qarşı olaraq ona təzyiq edirlər. Ona dostları deyir ki, onun ölümünə fətva verilib. Ona içi italiyan pulları olan çanta verib gizlənməyi tapşırırlar. Yaxın dostu Sar (Vesilin) Mehdi ilə gəlib Vitovye kəndində 3 metrin 3 metrə olan anbarda gizlənirlər. Onların yerin partizan yoldaşı Andrey Komeldən başqa heç kim bilmirdi. Bu zaman xəbər gəlir ki, almanlar artıq Vitovy kəndinə hücum edib və onlar "Mixaylo"nun axtarışına başlayıblar. Mehdi ilə Sar almanlarla döyüş olacağını gözləmirmiş. Sonrada məlum olur ki, məhz almanlara Mehdinin yerin sovetlər deyib. Guya almanlar onların danışığından bu yeri biliblər.
Sar çardaqdan aşağı enərkən almanlar onu vururlar. Bunu görən "Mixaylo" pəncərədən tullanır və bu zaman snayper gülləsinə tuş gəlir. Ağır yaralanan "Mixaylo" kənddən çıxmağa müvəffəq olsa da, lakin çoxlu qan itirdiyindən yoluna davam edə bilmir. "Mixaylo" elə oradaca dünyasını dəyişir. Lakin almanlar onun cəsədini tapa bilmirlər. Mehdi Hüseynzadənin cəsədini 4 yaşlı bir qız tapır. Həmin qız Vitovli kəndindəki arxın kənarında cəsədi tapır və "Mixaylo"nu elə oradaca dəfn edirlər. Qız ifadəsində yazır ki, "Yolun kənarında kiçik bir su saxlancı vardı, "Mixaylo"nun başı həmin suyun içinə əyilmişdi, su qırmızımtıl rəngdəydi, yağış yağırdı və "Mixaylo"nun saçının boyasının rəngi çıxmışdı. O, almanlara oxşamaq üçün alman zabiti mundiri geyməkdən başqa həm də saçını boyayardı".
Üç gün sonra Cavad Həkimli "Mixaylo"nun cəsədini artıq burada saxlamağın mümkün olmadığını deyir və partizanlara almanların "Mixaylo"nun həlak olmasından xəbər tutduğunu deyir. Onlar "Mixaylo"nun cəsədini çıxarıb 30 kilometr kənarda yerləşən Çepovan kəndində qardaşlıq qəbiristanlığında dəfn edirlər. Həmin qəbiristanlıqda ən birinci qəbir Mehdi Hüseynzadənin məzarıdır. Mehdi Hüseynzadə 1944-cü il noyabrın 2-də vəfat edib. Onun qəbirüstü abidəsinin üzərinə "Mehdi Mixaylo" sözləri həkk olunub
Nəhayət, "Mixaylo" haqqında Balkan dövlətləri partizan hərəkatı üzvlərinin çoxsaylı müraciətindən, yüzlərlə qəhrəmanlıq sənədlərinin təqdimatından sonra 1957-ci ilin aprelin 11-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə müharibə illərində göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadəyə Sovet İttifaqı qəhrəmanı adı verilmişdir.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev
- Oliqarx oğlunun işində gözlənilməz dönüş - DNK nümunələri saxtalaşdırıla bilər
6 yanvar 2026 23:38
- Məcnun Məmmədov işdən çıxardı, Qoşqar Təhməzli vəzifə verdi (FOTO)
5 yanvar 2026 17:51
- Güclü yaddaş üçün banan yeyin
4 yanvar 2026 22:54
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
4 yanvar 2026 00:18
- Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
2 yanvar 2026 12:10
- Hava sabahdan mülayimləşəcək - Temperatur yüksələcək
2 yanvar 2026 11:30
- Polad Həşimovun doğum günüdür
2 yanvar 2026 11:07
- Ziya Bünyadovun qatilini azadlığa çıxarmaq istəyən - Qayınatası imiş
30 dekabr 2025 23:52
- Sabiq icra başçısı azadlığa buraxıldı
30 dekabr 2025 23:18
- Azərbaycanın Milli Qəhrəmanı İsveçdə vəfat etdi
29 dekabr 2025 18:53
- İran kökündən dəyişir? - Təbrizli yazar danışır
07 yanvar 00:24
- Oliqarx oğlunun işində gözlənilməz dönüş - DNK nümunələri saxtalaşdırıla bilər
06 yanvar 23:38
- Zelenski həmin bəyannaməni imzaladı - Foto
06 yanvar 23:10
- Dubaydakı dəbdəbəli toyun sahibi Razi Nurullayevin qardaşı imiş - Video
06 yanvar 22:12
- QALXDI bütün QƏZETLƏR qiymətdə, ay can, ay can!..
06 yanvar 11:08
- Prezident məmurlara xəbərdarlıq edib: Sərəncam özünü çox gözlətməyəcək
06 yanvar 10:59
- Azərbaycan daha iki ölkəni qazla təchiz edəcək - Prezident açıqladı
06 yanvar 00:11
- Rusiya ABŞ-dən Maduronun azad edilməsini tələb edir
05 yanvar 23:56
- Prezident İlham Əliyev: Kim güclüdür, o da haqlıdır
05 yanvar 20:43
- Ramiz Mehdiyevin Türkiyədə dəniz imperiyası üzə çıxdı – Enveroğlu tankeri…
05 yanvar 18:06
- Məcnun Məmmədov işdən çıxardı, Qoşqar Təhməzli vəzifə verdi (FOTO)
05 yanvar 17:51
- Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
05 yanvar 16:35
- Elmira Axundovanın yaxın adamı həbsin bir addımlığında
05 yanvar 15:42
- Nyu Yorkun müsəlman meri: Trampa zəng etdim və dedim, bunu səhv eləmisən - VİDEO
05 yanvar 14:35
- Elçin Babayevin sevimli şirkəti - 23 milyonluq tender həmin MMC-yə verildi
05 yanvar 14:03
- Şirvan Milli Parkından maraqlı görüntülər (FOTO)
05 yanvar 12:41
- Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür və daim məşq edir
05 yanvar 12:21
- Siqaretlər kəskin bahalaşdı - Yeni qiymətlər
05 yanvar 12:16
- Maduronun mühafizəçiləri qətlə yetirilib
04 yanvar 23:37
- Güclü yaddaş üçün banan yeyin
04 yanvar 22:54
- Nepal Çinə ARVAD SATMAQ istəmir
04 yanvar 21:23
- İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi (FOTO)
04 yanvar 21:03
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
04 yanvar 13:26
- Dünyada və Azərbaycanda nə qədər neft ehtiyatı var? (SİYAHI)
04 yanvar 13:05
- Venesuelanın idarəçiliyi ona tapşırıldı
04 yanvar 11:52
- 2000 il əvvəlki Azərbaycan: Roma tarixçsinin heyran qaldığı xalq
04 yanvar 11:45
- Prezidentin KOKAİN istehsal edən fabrikləri var
04 yanvar 00:55
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
04 yanvar 00:12
- Prezident nəvələri ilə Şahdağda xizək sürdü - Fotolar
03 yanvar 22:11
- Venesuelanın Müdafiə naziri evində öldürüldü
03 yanvar 14:14
