Dərc edilib: 20-03-2017

https://www.nuh.az/10004-.html

Bakıda məşhur cərrah dəm qazından öldü

20.03.2017 15:33:34

Hadisə

Rasim Həbibov yaşadığı evdə zəhərlənib.


Bakıda tanınmış həkim dəm qazının qurbanı olub. Paytaxtın məşhur klinikalarından birində çalışan tanınmış cərrah-proktoloq Rasim Həbibov dəm qazından zəhərlənib. 

Mərhumun çalışdığı xəstəxanadan İstiPress-ə verilən məlumata görə, hadisə ötən gün baş verib. 38 yaşlı Rasim Həbibov yaşadığı evdə zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Tanınmış cərrah-proktoloqun 3 övladı (oğlan və iki qız) olub.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib