Dərc edilib: 20-03-2017

https://www.nuh.az/10005-.html

Lukaşenkodan Ermənistanla bağlı ŞOK AÇIQLAMA

20.03.2017 16:26:52

Region

Ermənistandan Avropaya uçan təyyarədə radioaktiv maddə aşkar edilib. İstipress  xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. Maddə Belarusdan tranzit olaraq keçən təyyarənin göyərtəsində aşkar edilib. 

Lukaşenko bu barədə "Qərb- 2017" təlimlərinin təşkili ilə bağlı keçirilən iclasında deyib.
Prezident təyyarənin hansı ölkəyə uçduğunu, hadisənin detallarını açıqlamayıb. İnsidentin nə zaman baş verdiyi də bilinmir.
Lukaşenko iclasda dövlət sərhəddində baş verən qanunsuzluqlardan danışarkən bunu deyib. "Xahiş edirəm ki, bütün bu insidentlərlə bağlı aparılan araşdırmaların nəticələri barədə mənə hesabat verəsiniz. Bütün bunlar bir daha göstərir ki, biz rahatlaşa bilmərik. Ayıq-sayıq olmalı və ölkəmizdəki stabilliyin pozulmasına imkan verməməliyik". 

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib