Dərc edilib: 20-03-2017

https://www.nuh.az/10006-.html

Azərbaycanlı müğənni ana oldu

20.03.2017 16:31:20

Maqazin

 

Müğənni Şəbnəm Tovuzlu (Əsədova) ikinci dəfə ana olub. Bu barədə lent.az-a ifaçının özü məlumat verib. 

O bildirib ki, oğlu olub: "Çox sevincliyəm. Oğlum dünyaya göz açdı. Çəkisi də 4 kilo. Bir neçə ay öncə söylədim ki, oğluma atamın adını qoyacam. Amma atam dedi ki, mən hələ yaşayıram, ölməmişəm. Ona görə də atamın adını qoymadıq. Oğluma Əli adını qoyduq. Adı da həyat yoldaşım seçdi. Bu adı həm də atam istəmişdi. Adı ilə böyüsün".
Qeyd edək ki, Ş.Tovuzlunun ilk evliliyindən bir qızı da var idi.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib