Dərc edilib: 21-03-2017

https://www.nuh.az/10008-.html

"Akkord"un sərxoş sürücüsü 3 nəfəri ölümcül yaraladı - VİDEO

21.03.2017 12:37:44

Hadisə

Şirkət zərərçəkənin zərərini ödəməkdən boyun qaçırır. 


Bu barədə azxeber.com-a şikayətçi Qasımov Emil İlham oğlu məlumat verib. O məsələ ilə bağlı ölkə rəhbərinə də müraciət etdiyini bildirsə də, işə heç kim baxmır:

"2016-cı il noyabrın 19-u, saat 14:05 radələrində Nobel prospektinin NZS yolu ilə kəsişməsində svetoforun qırmızı işığında dayanmışdım. Bu vaxt idarə etdiyim 99 AR 102 dövlət nömrə nişanlı avtomobilimə AKKORD şirkətinə məxsus 90 JZ 894 dövlət nömrə nişanlı "MERCEDES” beton pompa maşını yüksək sürətlə çırpıldı. Hadisə nəticəsində mən və daha 2 nəfər ailə üzvüm təcili tibbi yardım maşını ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılmışıq. Hadisə nəticəsində ailə üzvlərim ağır bədən xəsarətləri aldı.  avtomobilim yararsız hala düşdü.

Xətai rayon baş polis idarəsinin apardığı araşdırma nəticəsində sürücünün sərxoş olduğu müəyyən edildi.

Baş vermiş qəza nəticəsində hadisədən 4 ay keçməsinə baxmayaraq AKKORD şirkəti bu hadisə ilə maraqlanmayıb, onlara etdiyim müraciətlərə məhəl qoyulmayıb”.

 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib