Dərc edilib: 28-03-2017

https://www.nuh.az/10034-.html

Azərbaycanlı müğənni qətl törədilən məkanda - VİDEO

28.03.2017 00:16:59

Hadisə

Abşeron rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb


Bakıda gecə klubunun inzibatçısı qətl törədib. Hadisə gecə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, Xırdalan şəhərinin "Quşçuluq" yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. İstiPress-in məlumatına görə, bu barədə xezerxeber məlumat yayıb. 

Dərhal araşdırmalara başlayan polis müəyyən edib ki, həmin gecə Telman Məmmədov paytaxtın Nəsimi rayonu, Bül-Bül prospektindəki, "Do Re Mi" barının inzibatçısı - Bakı şəhər sakini Fərhad Musayevlə mübahisə edib. İnzibatçı Fərhad Musayev aralarında baş verən münaqişə zəminində Telman Məmmədovu yumruqla vurub və o başından ağır xəsarət alıb. Vəziyyətinin ağır olduğunu görən Fərhad Musayev dostu ilə birgə Telman Məmmədovu Xırdalandakı evinə gətirib. Bir neçə saat ağır vəziyyətdə qalan Telman Məmmədov orda dünyasını dəyişib.

Məlumata görə, həmin gün gecə klubunda müğənnilərdən birinin konsert proqramı olub. Mərhum Telman Məmmədov isə dostları ilə həmin partidə iştrak edib. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində gecə klubunun inzibatçısı Fərhad Musayevi saxlayıblar.

Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Qətlin motivi araşdırlır.

 

   NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib