Dərc edilib: 28-03-2017

https://www.nuh.az/10038-.html

Bu gündən Avropaya vizasız gedə biləcəklər

28.03.2017 12:32:08

Hadisə

Martın 28-dən etibarən Gürcüstan vətəndaşları Avropaya vizasız səfər edə biləcəklər. 


 APA   xəbər verir ki, bu dəqiqələrdə Aİ ilə vizanın liberallaşdırılmasının qüvvəyə minməsi ilə bağlı Tiflisdə konsert təşkil olunub.

Baş nazir Giorgi Kvirikaşvili Qala konsert keçirilən tədbirdə canlı yayıma çıxaraq vizanın ləğv olunması münasibətilə Gürcüstan vətəndaşlarını təbrik edib.

Gürcüstan Barışıq və Vətəndaş məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğallı APA-ya açıqlamasında deyib ki, Gürcüstanın növbəti məqsədi  Avropa Birliyinə  üzv olmaqdır: “Gürcüstanda  demokratiya dəyərlərinin qorunması, üzərimizə götürdüyümüz islahatların, öhdəliklərin düzgün həyata keçirilməsi öz bəhrəsini verib. Bu, bütün Gürcüstanın sevincidir.  Gürcüstan hökumətinin növbəti məqsədi isə  Avropa Birliyinə  üzv olmaqdır. Güclü, təhlükəsiz, azad Gürcüstan üçün bu məqsədə nail olmaq isə bizim arzumuzdur”.

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib