Dərc edilib: 28-03-2017

https://www.nuh.az/10050-.html

Fazil Məmmədov Nəcməddin Sadıqovla qohum olur

28.03.2017 16:54:38

Cəmiyyət

 

Bir  müddət   əvvəl Fazil Məmmədovun qızı ilə Namiq Əliyevin oğlu nişanlanıb. Cütlüyün toylarının yay aylarında olacağı gözlənilir.

Namiq Əliyevin oğlunun əsasən Londonda yaşadığı və orada bizneslə məşğul olduğu bildirilir.
Fazil Məmmədovun qızının isə nazirin ailə holdinqi kimi tanınan “Synergy Group” Şirkətlər Qrupuna rəhbərlik etdiyi qeyd edilir. Yeri gəlmişkən qeyd edək ki, “Synergy Group”un rəsmi veb səhifəsində Şirkətlər Qrupunun icraçı direktoru haqda məlumat verilsə də, baş direktoru və rəhbərlikdəki digər şəxslərlə bağlı hər hansı məlumata rast gəlmək mümkün deyil.
Qeyd edək ki, məlumatlı dairələr Fazil Məmmədovun öz müavini Namiq Əliyevlə qohumluğunun onların hər ikisinin daha da güclənməsinə səbəb olacağı qənaətindədir. Belə ki, Fazil Məmmədov kimi son illər güclənmiş bir nazirlə qohumluğun xüsusən Namiq Əliyevin mövqeyini möhkəmləndirəcəyi gözlənilir.
Ancaq nazirin də bu qohumluqdan güc qazanacağını deyənlər var. Məsələ ondadır ki, vergilər nazirinin müavini Namiq Əliyev həm də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla qudadır. azpolitika.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib