Dərc edilib: 28-03-2017

https://www.nuh.az/10055-.html

Bakıda marşrut sahiblərinin səlahiyyəti əllərindən alındı

28.03.2017 23:35:43

İqtisadiyyat

Onlar sürücü işə götürə bilməyəcək.


Bakıda fəaliyyət göstərən marşrut xətti sahibləri  sürücü işə götürə bilməyəcək. Bu barədə  Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mais Ağayev  APA TV-yə bildirib. İstiPress xəbər verir ki, qurum rəsmisi  bu səlahiyyətin sahibkarlardan götürüldüyünü deyib və bunu  marşrut xətti  rəhbərlərinin  tanışlıq və qohumluq əlaqələri hesabına xeyli səriştəsiz insanları işə götürmələri ilə izah edib. 

"Sürücülərin təlim keçməsi üçün Bakı Nəqliyyat Agentliyinin nəzdində sürücü təlim mərkəzi yaradılıb. Burada sürücülərə etik davranış, avtomobil idarəetmə, yol hərəkət qaydaları və gözlənilməz vəziyyətlərlə bağlı təlimlər keçiriləcək. Yalnız bundan sonra daşıyıcılar quruma sürücü üçün müraciət edəcək və onların marşrut xəttinə istənilən sayda peşəkar sürücü yönəldiləcək".

Mais Ağayev həm də qurumun qeydiyyatından keçən bütün sürücülərin fəaliyyəti ilə bağlı  vahid sürücü bazasını yaradıldığını və bu sistemin ilin sonunadək hazır olacağını deyib. Bu da hər hansı qəza törədən, intizamsız hərəkət edən, nöqsanları qeydə alınan sürücülərin başqa marşrut xəttində rahatlıqla işə düzəlmələrinin qarşısını alacaq. 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib