Dərc edilib: 30-03-2017

https://www.nuh.az/10071-.html

“Nə oxuya, nə də yaza bilirəm” - “Şərurlu İsfəndiyar”

30.03.2017 01:26:07

Cəmiyyət

Ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 “Qafqazinfo”    xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində “Şərurlu İsfəndiyar” ləqəbi ilə tanınan iş adamı İsfəndiyar Axundov ifadə verib. O, istintaqa dediklərini təkzib edib, hətta müstəntiqə heç nə demədiyini bildirib.
İ.Axundov ibtidai istintaq zamanı onun adından yazılan ifadədən xəbərsiz olduğunu qeyd edib: “Mən orta məktəbi bitirə bilməmişəm. Ona görə də nə oxuya, nə də yaza bilirəm.  Bu səbəbdən müstəntiqə dedim nətəhər məsləhətdisə, elə də yaz. Sonra vəkilimlə ikisi ifadəmi yazdılar. Amma nə yazıldığını bilmirəm”.
“Şərurlu İsfəndiyar” general Çovdarov və digər təqsirləndirilənlərlə heç bir əlaqəsinin olmadığını deyib.
Məhkəmə prosesi aprelin 3-də davam etdiriləcək.
  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib