Dərc edilib: 30-03-2017

https://www.nuh.az/10082-.html

İcra başçısının müavininin xanımı özünü asdı - Daha bir şok intihar/ YENİLƏNİB

30.03.2017 18:41:49

Hadisə
Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin həyat yoldaşı intihar edib.
Məlumatı azadlıq.info-ya rayondakı mənbələr verib.
Məlumatda deyilir ki, qadın özünü Nohurqışlaq kəndində yaşadıqları evin tualetində asıb. Qadının niyə intihar etdiyi barədə dəqiq məlumat verilmir. Güman edilir ki, ailə-məişət zəminində olub.
Arif Allahverdiyev isə telefon zənglərinə cavab verməyib.
 
17:01 
***
 
Qəbələ rayon Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, intihar edən şəxs 1973-cü il təvəllüdlü Allahverdiyeva Natavan Elman qızı olub.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
   NUH.az 
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib