Dərc edilib: 31-03-2017

https://www.nuh.az/10086-.html

Sabiq prezident həbs edildi

31.03.2017 12:25:35

Dünya

Cənubi Koreyanın korrupsiyada ittiham olunan sabiq prezidenti Pak Kın He həbs edilib. 


Modern.az xarici mediaya istinadən xəbər verir ki, sabiq prezident bu gün saxlanılıb.

Qeyd edək ki, martın 27-də Koreya Respublikasının Prokurorluğu məhkəməyə müvafiq sorğu göndərib. Beləliklə, məhkəmə istintaq sabiq prezidentin ünvanına irəli sürdüyü ittiham ilə razılaşmış olub. Onların arasında əsas ittihamlar rüşvətxorluq və hakimiyyətdən sui-istifadə olub.

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib