Dərc edilib: 31-03-2017

https://www.nuh.az/10090-.html

Səfirimizi və AzTV-nin müxbirini pivəxanadan güclə çıxardılar - ŞOK HADİSƏ

31.03.2017 13:54:23

Hadisə

 

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Xarkov şəhərində xoşagəlməz münasibətlə üzləşib.
Ölkə.az   xəbər verir ki, hadisə Xarkovda fəaliyyət göstərən pivəxanalardan birində baş verib.
Belə ki, səfir Azər Xudiyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Tağıyev və AzTV-nin Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Mövsüm Aslanov Xarkovda pivəxanada yeyib-içiblər. Ancaq məkanın sahibi azərbaycanlıları oradan zorla çıxarıb.
Pivəxana sahibi səbəb kimi Azər Xudiyevin, Rövşən Tağıyevin və Mövsüm Aslanovun həddən çox içkili vəziyyətdə olmasını göstərib.
Bu hadisə yaşanan zaman sözügedən pivəxanada bir neçə başqa azərbaycanlı da olub.
  NUH.az
 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib