Dərc edilib: 31-03-2017

https://www.nuh.az/10096-.html

“Qardaşı köməyinə çatsa da, xilas edə bilməyib...”

31.03.2017 18:24:32

Hadisə

İntihar etdiyi deyilən 11-ci sinif şagirdi ilə bağlı yeni məlumat yayılıb.


"Bakipost.az    xəbər verir ki, məktəblinin güclü küləkdən eyvandan düşdüyü bildirilir.

Belə ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində əlillər üçün tikilmiş binada, E. Qasımov küçəsi ev 14, mənzil 75 ünvanında yaşayan 2000-ci il təvəllüdlü Natəvan Xankişi qızı Quliyeva rəfiqəsi ilə danışmaq üçün eyvana çıxıb. Saçları uzun olduğundan külək onu havaya sovurub və qəfildən qızı eyvandan çölə atıb. N. Quliyeva məhəccərdən tutub və evdəkiləri yardıma çağırıb. Balaca qardaşı onun köməyinə çatsa da, bacısını xilas edə bilməyib. Qız binanın 7-ci mərtəbəsinin eyvanından düşüb. 

Natəvan Quliyeva təcili olaraq xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. 

İlkin ehtimallara görə, hadisə küləyin axşam saat 22:00 radələrində qəfildən gücləndiyi vaxt baş verib.

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib