Dərc edilib: 31-03-2017

https://www.nuh.az/10100-.html

Neftçalada külək məktəbin damını uçurdu

31.03.2017 19:45:53

Hadisə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq etdiyi kimi iki gündür ölkə ərazisində küləkli hava hökm sürür. Güclü külək paytaxtda və bölgələrdə bir çox fəsadlara səbəb olub. 

Neftçala rayonunun Rafiq Gözəlov adına 1 saylı Xıllı qəsəbə məktəbinin yeni vurulmuş damını külək uçurub. “Bizimxeber”ə daxil olan məlumata görə insident nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, hadisə şagirdlər məktəbdən çıxdıqdan bir saat sonra baş verib.

Küləkli hava şəraiti davam edir.

 

     NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib