Dərc edilib: 01-04-2017

https://www.nuh.az/10103-.html

Sumqayıtda yanğın - 6 yaşlı uşaq yanaraq öldü

01.04.2017 00:40:42

Hadisə

Sumqayıtda Kimyaçılar qəsəbəsində yanğın olub.

"Qaynar" FHN-nin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 20 m2sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 2011-ci il təvəllüdlü Vəliyev Mətləb Şahmar oğlunun yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib