Dərc edilib: 02-04-2017

https://www.nuh.az/10127-.html

Fəhlə asfaltçəkən maşının altında qalaraq öldü

02.04.2017 00:32:44

Hadisə

Yevlax rayonunun Aran qəsəbəsində 1 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.


 "Report"    bildirir ki, rayonda yol çəkilişi zamanı 59 yaşlı Zaqatala sakini ehtiyatsızlıqdan asfalt hamarlayan texnikanın altına düşüb.

Ağır xəsarət alan Elxan İmanov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

 

   NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib