Dərc edilib: 02-04-2017

https://www.nuh.az/10134-.html

Ana öldü, körpəsi sağ qaldı...

02.04.2017 11:46:35

Cəmiyyət

Bu gün səhər Qubada ana ölümü olub.
 
 APA  xəbər verir ki, Seyidəliyeva Sevinc Oruc qızı qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.
 
Bu, onun beşinci hamiləliyi olub və doğuş normal keçib. Əməliyyatdan sonra S. Seyidəliyevayanın damarına  riopoliqulikin adlı preparat vurulub. Xəstə bundan şoka düşüb. Həkimlərin səyinə baxmayaraq, S. Seyidəliyeva həyatını itirib. 
 
Quba Regional Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova APA-nın yerli bürosuna bildirib ki, doğum zamanı heç bir həkim səhvi olmayıb, bütün prosedur qaydalara əməl olunub: “Sadəcə, xəstə damarına vurulan dərmana əks-reaksiya verib”. 
 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib