Dərc edilib: 03-04-2017

https://www.nuh.az/10178-.html

Sankt-Peterburq metrosunda azərbaycanlı ölüb? - AÇIQLAMA

03.04.2017 17:24:56

Hadisə

"İlkin məlumata görə, Sankt-Peterbuqrda metroda baş vermiş partlayış nəticəsində ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur".


Bu barədə Milli.Az-a Sankt-Peterburq Şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, baş vermiş partlayışın səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, saat təxminən 16 radələrində Rusiyanın Sankt-Peterburq şəhərində metronun "Sennaya ploşad" və "Texnologiçeskiy institut" stansiyalarında partlayış baş verib. İlkin məlumatara görə, terror aktı nəticəsində baş verən partlayış zamanı 10 nəfər ölüb, 50-dən çox yaralı var. Yaralılar arasında uşaqların da olduğu qeyd olunur.

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib