Dərc edilib: 03-04-2017

https://www.nuh.az/10179-.html

Musiqi məktəbinin 50 illiyi qeyd olundu

03.04.2017 17:56:26

Mədəniyyət

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Nəsimi  rayonu Şövkət Ələkbərova adına  20 nömrəli musiqi məktəbinin 50 illik yubileyinə həsr edilmiş konsert keçirilib.


İH-dən  NUH.az-a   daxil olan xəbərə görə, tədbirdə iştirak edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov  musiqi məktəbinin şagirdlərini  və müəllimlərini konsetrlə bağlı təbrik edib, onlara  yeni yaradıcılıq uğurları diləyib. 

Musiqi məktəbinin istedadlı şagirdləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dirijor Xalq  artisti  Fəxrəddin Kərimovun  müşayəti ilə musiqi əsərlərini səsləndiriblər.  

Bu illər ərzində məktəbi bitirən məzunlardan 500 nəfəri təhsilini davam etdirərək profesional  musiqiçi olublar. Məktəbin məzunları  dünyanın müxtəlif mədəniyyət ocaqlarında -  ABŞ, ingiltərə, Almaniya, Rusiya, Türkiyə, İsrail kimi xarici ölkələrdə milli mədəniyyətimizi uğurla təmsil edirlər.

Qeyd edək ki, konsertin təşkilatçısı Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi olub. 

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib