Dərc edilib: 03-04-2017

https://www.nuh.az/10182-.html

Dələduzluqda ittiham olunan şəxs məhkəmə zalından azadlığa buraxılıb

03.04.2017 18:44:25

Hadisə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Akif Niftəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Rauf Əliyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, A.Niftəliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla şərti cəza təyin edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, A.Niftəliyev özgənin etibarından sui-istifadə edərək, aldatma yolu ilə 100 baş qoyunu dələduzluqla ələ keçirib. O, zərərçəkmiş şəxsə ümumilikdə 15 min manatlıq ziyan vurub.

Zərərçəkmişin şikayəti əsasında saxlanılan A.Niftəliyev barəsində həbs qətimkan tədbiri seçilib.

O, CM-in 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib