Dərc edilib: 04-04-2017

https://www.nuh.az/10200-.html

“20 Yanvar”da qatar sərnişini vurdu

04.04.2017 13:17:07

Hadisə

Bakı Metropoliteninin "20 Yanvar” stansiyasında qatar sərnişini vurub.

Bu haqda sərnişinlərdən biri Axar.az-a məlumat verib. Onun bildirdiyinə görə, hadisə nəticəsində platformanın kənarında dayanmış orta yaşlı qadın ağır xəsarət alıb.

Təcili tibbi yardım maşını hadisə yerinə 25 dəqiqə sonra çatıb.

Qadın xəstəxanaya aparılıb.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib