Dərc edilib: 05-04-2017

https://www.nuh.az/10216-.html

Putinin istefaya göndərdiyi gün həbs olundu

05.04.2017 00:52:23

Hadisə

Moskvanın Basman rayon məhkəməsi Rusiyanın Udmurtiya Respublikasının keçmiş rəhbəri Aleksandr Solovyov barəsində həbs-qətimkan tədbiri seçib.


“Qafqazinfo”nun “Tass.ru”ya istinadən məlumatına görə,  Aleksandr Solovyov 140 milyon rubl məbləğində rüşvət almaqda ittiham olunur. O, iki ay müddətində, iyunun 4-dək həbsdə olacaq. 

Qeyd edək A. Solovyov Udmurtiyaya 2014-cü ilin fevralından rəhbərlik edib. Rusiya prezidenti Vladimir Putin 2017-ci il aprelin 4-də onu vəzifəsindən sui-istifadə halına görə istefaya göndərib.  

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib