Dərc edilib: 05-04-2017

https://www.nuh.az/10220-.html

Sevil-Sevinc bacıları avtomobillə adam vurdular - SON DƏQİQƏ

05.04.2017 12:55:02

Cəmiyyət
Bu gün iki məşhur müğənni bacı - Sevinc və Sevil Səfərovalar yeni aldıqları avtomobillə ağır qəza törədiblər.

"Qaynar"-ın verdiyi xəbərə görə, bu gün təxminən səhər saat 09:00 radələrində bacıların idarə etdiyi “Dodge Durango” markalı avtomobil İçərişəhərin yaxınlığında, "Qoşa qala qapısı" adlanan ərazidə yolu keçən yaşlı bir kişini vurub.

Piyada ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 

***

Bacılar axsam.az-a açıqlamalarında hazırda hər şeyin yaxşı olduğunu deyiblər:

“Biz də, həmin şəxs də yaxşıdır. Heç kim narahat olmasın".

 
     NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib