Dərc edilib: 06-04-2017

https://www.nuh.az/10237-.html

Şəmkirdə 38 yaşlı qadın özünü yandırıb

06.04.2017 00:14:49

Hadisə

Şəmkirdə 38 yaşlı qadın özünü yandırıb. Hadisə bu gün günorta saatlarında Şəmkir şəhərində qeydə alınıb.

Rayon sakini, 1979-cu il təvəllüdlü Sevinc Hüseynova üzərinə benzin tökərək özünü yandırıb. O, əvvəlcə rayon Mərkəzi xəstəxanaya daha sonra Gəncəyə, oradan isə Bakıda olan aidiyyatı üzrə xəstəxanaya aparılıb.

Qadının hansı səbəbdən özünü yandırdığı hələ ki, məlum deyil.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. (APA) 

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib