Dərc edilib: 06-04-2017

https://www.nuh.az/10238-.html

Dəniz quldurları Pakistanın gəmisini ələ keçiriblər

06.04.2017 00:21:36

Kriminal

Somalidə dəniz quldurları Pakistana məxsus “Salama” gəmisini ələ keçiriblər. TASS xəbər verir ki, ekipajın sayı barədə məlumat dəqiqləşdirilir.

“Salama” bir neçə sutka ərzində Somali dəniz quldurları tərəfindən ələ keçirilən sayca ikinci gəmidir. Bundan əvvəl silahlılar Hindistan bayrağı altında üzən, göyərtəsində 11 ekipaj üzvü olan gəmini ələ keçiriblər.

“Geo TV” telekanalının məlumatına görə, Pakistan gəmisi Somalinin Əl-Xur şəhərinə gətirilib. İlkin məlumata görə, Hindistana məxsus gəmi də Hobyo limanı yaxınılığında yerləşən Əl-Xurdadır.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib