Dərc edilib: 06-04-2017

https://www.nuh.az/10241-.html

Əkizlərin vurduğu piyadanın vəziyyəti ilə bağlı AÇIQLAMA

06.04.2017 12:43:31

Hadisə

 

Ötən gün Sevil və Sevinc Səfərovanın vurduğu 87 yaşlı piyadadan xəbər var. 

  “Qafqazinfo”nun   1 saylı Şəhər Kliniki Xəstəxanasınadan (“Semaşko”) aldığımız məlumata görə, Zöhrab Ağayevin vəziyyəti kritik olaraq qalır. Xəstə hələ də, reanimasiyadadır:
“Vəziyyəti çox ağırdır, çox! Hələ reanimasiyadadır. Həkimlər əllərindən gələni edirlər”. 
Xatırladaq ki, əkizlər ötən gün yenicə aldıqları maşınla “Qoşa qala” qapıları qarşısında qəza törədiblər. Vaxtında əyləcə basa bilməyən Sevinc yolu keçən piyadanı vurub.

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib