Dərc edilib: 06-04-2017

https://www.nuh.az/10252-.html

Peterburqda növbəti partlayış - VİDEO

06.04.2017 19:40:49

Hadisə

Sankt-Peterburqda çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.


Bu barədə “RİA Novosti”yə Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb regional mərkəzindən məlumat verilib. 

Qeyd olunub ki, mənzillərin birində baş verən partlayış nəticəsində evin eyvanı dağılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da binanın həyətində olan avtomobilə ciddi ziyan dəyib. Bina sakinləri evakuasiya olunub.(azvision.az)

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib