Dərc edilib: 06-04-2017

https://www.nuh.az/10253-.html

Moskvada partlayış həyəcanı

06.04.2017 19:57:20

Hadisə

 

NUH.az  saytı  İnterfaks agentliyinə istinadən  xəbər verir ki, sahibsiz  əşyanın aşkar edilməsi səbəbi ilə Moskvanın Kazan  avtovağzalından 1000-dən artıq  insan evakuasiya olunub.

Vağzalın binasındakı  kassanın ətrafında şübhəli əşya aşkar edilən kimi insanlar evakuasiya olunub.

Hazırda  hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları  çalışır və  kinoloqların  gəlməsi gözlənilir.

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib