Dərc edilib: 07-04-2017

https://www.nuh.az/10258-.html

Prezident: “Suriya xəritədən silinəcək”

07.04.2017 11:55:32

Region

“Başqa seçimimiz yoxdu, bu səbəbdən...”

“Əgər bu müharibəni biz udmasaq, Suriya dünya xəritəsindən silinəcək”.

İstiPress “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd Xorvatiya mətbuatına müsahibəsində deyib.  Bəşər Əsəd əldə etdiyi uğurları ordusu və xalqın qətiyyətinə, həmçinin Rusiya, İran və “Hizbullah”ın köməyinə borclu olduğunu deyib. “Bizim bu müharibədə qalib gəlməkdən başqa seçimimiz yoxdur. Bu baş verməsə, Suriya Yaxın Şərq xəritəsindən yox olacaq. Bu səbəbdən çox inadkar və qərarlıyıq” – Əsəd deyib.

 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib