Dərc edilib: 07-04-2017

https://www.nuh.az/10259-.html

Azərbaycanda yanacaqdoldurma məntəqəsinə hücum edildi

07.04.2017 13:27:23

Hadisə

Cəlilabadda yanacaqdoldurma məntəqəsinə basqın edənin şəxsiyyəti bilinib. 

 İstipress   xəbər verir ki, basqın rayonun Alar kəndi ərazisindəki məntəqəyə edilib.
Ötən gecə saat 03 radələrində kənd ərazisində yerləşən "Al-petrol" yanacaqdoldurma məntəqəsinə daxil olan maskalı şəxs orada işləyən şəxsləri bıçaqla hədələyib və seyfi açmağı tələb edib. İstəyinə nail ola bilməyən şəxs qaçaraq hadisə yerini tərk etsə də, rayon polis şöbəsi əməkdaşlarının keçirtdiyi operativ əməliyyat nəticəsində onun kimliyi məlum olub.
Bu,elə Alar kənd sakini 1970-ci il təvəllüdlü Hüseynov Əliməmməd Yəhya oğludur. Hazırda həmin şəxsin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir
  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib