Dərc edilib: 07-04-2017

https://www.nuh.az/10271-.html

“Nə ixtiyarımız var ki, sizə yazılı cavab verməyək?” - Spikerdən Möhbalıyevə

07.04.2017 17:53:32

Günün sitatı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev Maliyyə Bazarları Nəzarət Palatasının onların səlahiyyətinə müdaxiləsinə öz etirazını bildirib. 

“Qafqazinfo” xəbər verir ki, millət vəkili çıxışında qeyd edib ki, həmkarlar təşkilatının vəsaiti vergiyə cəlb olunmur: “Bizə hər hansı bir kənddən olan şəxs ona kömək etmək üçün ərizə ilə müraciət edir. Ancaq biz ona kömək edə bilmirik. Çünki kredit kartının nömrəsi tələb olunur.  Əvvəllər poçtla vətəndaşın adına göndərirdik. O da öz problemini həll edirdi. İndi niyə kart nömrəsi tələb olunmalıdır? Həmkarlar ittifaqının vəsaiti dövlət vəsaiti deyil, heç vergiyə cəlb olunmur. Ona görə də istəyirik ki, Palata bizə bununla bağlı yazılı izahat versin”.

Spiker Oqtay Əsədov isə həmkarının fikrinə gülərək cavab verib. 

“Səttar müəllim, bizim nə ixtiyarımız var ki, Həmkarlar İttifaqına yazılı cavab verməyək?”.

Günel Türksoy

NUH informasiya agentliyi səhifəsindən çap edilib