Dərc edilib: 07-04-2017

https://www.nuh.az/10274-.html

İcra başçısı gəncləri əsgərliyə yola saldı

07.04.2017 18:21:20

Cəmiyyət

Lənkərnda Heydər Əliyev Xatirə Parkında çağırışçı gənclərin həqiqi hərbi xidmətə yola salınmasına həsr olunmuş tədbir keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanları rəhbərləri, Qarabağ müharibəsi veteranları, çağırışçı gənclər, ictimaiyyətin nümayəndələri iştirak ediblər. 

Tədbirdə çıxış edib gənclərə xeyir-duasını bildirən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov qeyd edib ki, vətənin keşiyini çəkmək şərəfli bir işdir. İcra başçısı lənkəranlı gənclərin vətənə ləyaqətlə xidmət edəcəklərinə, igidlik və şücaət göstərəcəklərinə inandığını bildirərək onlara hərbi xidmətdə ayıq-sayıq olmağı, hərbi sirlərə və texnikaya mükəmməl yiyələnməyi, komandirlərin tapşırıqlarını məsuliyyətlə yerinə yetirməyi tövsiyə edib və düşmənə layiqli cavablar verərək qəhrəman əsgər adını qazanmağı arzulayıb.

Məktəblilərdən ibarət “Gənc Aslanovçu”ların Vətənə, torpağa, Milli Orduya həsr olunmuş şeirləri səsləndirməsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda musiqi sədaları altında çağırışçı gənclər Azərbaycan bayrağına təzim edib, hərbi xidmətə yola düşüblər. 

 

      NUH.az 

 

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib