Dərc edilib: 07-04-2017

https://www.nuh.az/10276-.html

 Ziya Məmmədov polis rəisini icra başçı etməyə çalışır?

07.04.2017 18:38:03

Maraqlı

Bu yaxınlarda nazir kimi karyerasına son qoyulan Ziya Məmmədovun aldadıcı taktikalara start verdiyi barədə məlumatlar var. Bizimxeber.az-a daxil olan xəbərə görə, keçmiş Nəqliyyat naziri yüksək vəzifə tutan kadrlarını digər adamları ilə əvəz etdirməyə çalışır.

Məlumata görə, Ucar, Quba və Goranboy rayonlarının icra başçıları Z. Məmmədovun kadrları sayılır. 

Belə ki, həmin rayonları əldən verməmək üçün bir kadrının digəri ilə əvəz olunması istiqamətində işlərə girişən Ziya Məmmədov ona yaxın olan polis rəislərindən birini Ucar Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə gətirmək planını rellaşdırmaq istəyir.

Mənbə iddia edir ki, yuxarı dairələr polis rəisinin Ziya Məmmədovun adamı olmasını bilmirlər. Ancaq bildirilir ki, icra başçısı olmaq üçün hazır olan polis rəisi Ziya Məmmədovun ən sadiq kadrlarındandır ki, ailəvi dostluqlar indidə davam edir.

Bir neçə gün öncə görüşən dostlar razılığa gəliblər ki, hələlik adı gizli saxlanılan polis rəisi Ucar Rayon İcra başçısı vəzifəsinə gətirilsin. Burada keçmiş nazirin məqsədi nəyin bahasına olur-olsun doğulduğu rayonu əldən verməməkdir.

Mənbə bildirir ki, Ziya Məmmədovun icra başçısı gətirtmək istədiyi polis rəisi aeraportda məsul vəzifədə işləyən zaman  külli miqdarda pulun ölkədən çıxarılması əməliyyatında iştirak etdiyi üçün MTN tərəfindən saxlanılıb. Həmin zaman Ziya Məmmədovun və diğər qohumunun köməkliyi ilə həbs edilməkdən qurtulub.

Bizimxeber.az-a daxil olan mənbə bildirir ki, sözügedən polis rəisi Ucara icra başçısı vəzifəsinə təyin olunacağı barədə yaxın ətrafına danışıb və rayonda vəzifə bölgüsü siyahısını da tərtib edib.

Yaxın günlərdə icra başçısı olmaq istəyən polis rəisin kimliyi və böyük biznes siyahısını təqdim edəcəyik.

Qeyd edək ki, Azərbaycanda polis rəisliyindən icra başçıs vəzifələrinə təyinatları ilk dəfə Ziya Məmmədovun qohumları ediblər.

Yazıda adı çəkilən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib