Dərc edilib: 08-04-2017

https://www.nuh.az/10281-.html

Balacalar üçün “Kitab bayramı”- FOTOLAR

08.04.2017 14:56:34

Cəmiyyət

“Bakı Şəhər Uşaq Gənclər Mərkəzi” azyaşlılar arasında müsabiqə təşkil edib. Mərkəzin təşkilatçılığı ilə məktəblilər və bağçayaşlı uşaqlar arasında “Kitab bayramı” adlı tədbir keçirilib.

Cebhe.info xəbər verir ki, şeir, nağıl, rəsm və digər sahələrlə bağlı müsabiqədə öz qabiliyyətlərini nümayiş etdirən azyaşlılara mükafatlar verilib. Nəsimi rayonu 5 nömrəli orta məktəbdə təşkil olunan müsabiqədə üç yer üzrə qaliblər müəyyənləşdirilib.

Birinci yerin qalibi 10 yaşlı Duyğu Məmmədli, ikinci yerə 5 yaşlı Könül Məmmədova, üçüncü yerə isə 4 yaşlı Dəniz Veysəlzadə layiq görülüb. Qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Qeyd edək ki yarışmanın keçirilməsində məqsəd azyaşlılar arasında kitaba maraq yaratmaq və onları həvəsləndirmək olub. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib